vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ASİYA  
08:17 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vyetnamı viran qoyan “Yaği”

Qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Vyetnamın şimalını təsir altına alan “Yağı” qasırğasının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 21-ə yüksəlib. “Vietnam News” internet saytının məlumatına görə, bu barədə ölkənin Axın İdarəetmə, Fəlakətin Qarşısının Alınması və Nəzarət Departamentindən açıqlama verilib.

Açıqlamada “Yaği” qasırğası nəticəsində baş verən fəlakət və qəzalarda həlak olanlardan savayı itkin düşənlər də var.

Açıqlamada təbii fəlakət nəticəsində 229 nəfərin yaralandığı bildirilib və tayfun nəticəsində 8 min 17 evin zərər gördüyü paylaşılıb.

Açıqlamada, təxminən 110 min hektar çəltik sahəsinin su altında qaldığı vurğulanıb.

Açıqlamada tayfundan zərər çəkən bölgə sakinlərinin qida və sığınacaq probleminin diqqət mərkəzində olduğu, daşqın və sürüşmə baxımından yüksək riskli ərazilərdə yaşayanların təxliyə prosesinin davam etdiyi bildirilib.

Vyetnam administrasiyası tayfundan zərər çəkmiş bölgələrdə xilasetmə əməliyyatları aparmaq üçün minlərlə hərbçi təyin edib.

“Yaği” qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.

Sentyabrın 3-də Filippinin şimal bölgələrini vuran “Yağı”nın səbəb olduğu güclü yağış, sel və torpaq sürüşmələri nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə itkin düşüb.

Bildirilib ki, sentyabrın 7-də Çinin Haynan əyalətini vuran qasırğa 4 nəfərin ölümünə, 95 nəfərin yaralanmasına səbəb olub.