Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:48 | 31 may 2025 | Şənbə
Məqaləyə 249 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin Cənubi Çin dənizində Filippinlə suverenlik mübahisəsində olan Skarboro hövzəsi ətrafında döyüş hazırlığı və sahil mühafizəsi patrulunu həyata keçirdiyini açıqlayıb.
Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığından verilən açıqlamada dəniz və hava qüvvələri qüvvələrinin iştirakı ilə bölgədə döyüş hazırlığı aparıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, patrul fəaliyyəti Çinin öz ərazisi hesab etdiyi Skarboro hövzəsi ətrafındakı sulara və hava məkanına nəzarət və idarəetməni gücləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, Çin Sahil Mühafizəsi də bölgədə eyni vaxtda hüquq-mühafizə orqanlarının patrul xidməti həyata keçirib.
***
Skarboro hövzəsi ortasında laqonu olan üçbucaq formalı dəniz divarı Cənubi Çin dənizinin şərqində, Filippinin şimalında, Luzon adasından 120 dəniz mili (222 kilometr) məsafədə yerləşir.
Çinlilərin "Huangyan" və Filippinin "Panatag" adlandırdıqları Skarboro hövzəsi son illərdə iki ölkənin naviqasiya fəaliyyətləri ilə suverenlik iddialarını nümayiş etdirdiyi əraziyə çevrilib.
2012-ci ildə Filippin Sahil Mühafizəsinin səkkiz Çin balıqçı gəmisini bölgədə qeyri-qanuni balıq tutduqları səbəbiylə saxlamağa cəhd etməsi, Çin Sahil Mühafizəsinin müdaxiləsi ilə iki ölkə arasında gərginlik artıb və gəeginlikdən sonra Çin qayalıqlara nəzarəti ələ keçirib.
***
Cənubi Çin dənizi sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region ölkələri arasında suverenlik mübahisələrinin mərkəzində olub.
Çin ilk dəfə 1947-ci ildə nəşr etdirdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir, Filippin, Vyetnam, Bruney və Malayziya da yeraltı sərvətlərlə zəngin olan bölgədə haqq iddia edir.
Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsi və hərbi elementləri ilə yanaşı mülki gəmi donanması ilə də mövcudluğu region ölkələri və ABŞ-ın etirazına səbəb olub.
2016-cı ildə Niderlandın Haaqa Daimi Arbitraj Məhkəməsi Filippinin müraciəti əsasında Çinin Cənubi Çin dənizindəki birtərəfli suverenlik iddialarının qanunsuz olduğuna qərar verib.