
Norveçdə kosmik sınaq fiaskosu
“Spectrum” raketi buraxıldıqdan 30 saniyə sonra partlayıb
“Spectrum” raketi buraxıldıqdan 30 saniyə sonra partlayıb
Kəşfiyyat məqsədli “Soyuz” hərbi kosmodromdan buraxılıb
Şəkil 2024-cü ildə kosmosdan çəkilib
Alimlər sıx uçuş marşrutları ilə bağlı risklərə diqqət çəkirlər
“Satan II” havada partlayıb
Nasazlıqla üzləşən raket kosmosda köməksiz qalan astronavtları gətirəcəkdi
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
Göstərilən hədəfi istənilən zərbə ilə vurulduğu deyilir
Hər iki rəsmi səfirlik açılması qərarından məmnundur
İsrail prezidenti: “... Yeni əlamətdar hadisənin şahidi olacağıq”
Dinc dövlətlərlə əhatə olunmuş İsveçrə belə militaristdir
Azərbaycan-İsrail münasibətlərində nələr gözlənilir?
Ruhani İranın raket proqramı haqda
«Bakının Tehrana yönəlik konsepsiyası dəyişməlidir»
İsraildən və yəhudi lobbisindən Ermənistana tərs şillə; Amerikada tarixi təmaslar və Bakı üçün mühüm gəlişmə
Azərbaycan generalının gəlişi ilə, İsrailin son 20 ildə ən irimiqyaslı hərbi təlimlərinin üst-üstə düşməsi təsadüfdürmü?
İsrailin “İsrael Military İndustries” (IMS) və “Israel Aerospace Industries” (IAI) hərbi sənaye şirkətləri “Rampage” adlı səs sürətini üstələyən “hava-yer” tipli yeni raket yaradıblar.
Virtualaz.org xarici KİV-in yazdığına istinadən bildirir ki, bu silahdan Suriyaya və İrana qarşı istifadə olunacaq və nəticədə hərbi güclərin balansı dəyişəcək.
Livan nəşri Al Modon isə yazır ki, yeni İsrail raketlərinin alınmasına Azərbaycan da maraq göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, raket 150 kilometrə qədər məsafəni qət edə bilir. Bu o deməkdir ki, raket düşmənin detektor və anti-raket sensorları tərəfindən aşkarlanmayacaq. Korpusunun uzunluğu 4,7 metr, çəkisi 150 kiloqram təşkil edir. Yeni raketin 2019-cu ildən etibarən İsrail hərbi hava qüvvələrinin arsenalına daxil olacağı gözlənilir.
Silah “F-15 Eagle”, “F-16 Fighting Falcon” və “F-35 Lighning II” qıcırıları və bombardmançılarında istifadə üçün nəzərdə tutulub. Əsas təyinatı düşmənin zenit-raket komplekslərini və zəruri obyektlərini məhv etməkdir.
“Müdafiə və təhlükəsizlik sahəsində nüfuzlu mütəxəssis Cozef Trevitikin sözlərinə görə, hazırda İsrail raketləri satmaq üçün müştərilər cəlb etməyə çalışır. Onun fikrincə, Vyetnam potensial müştəri ola bilər, çünki belə silahlandırılma ona Cənubi Çin dənizində Pekinin ambisiyalarına “əlcək atmağa” imkan verəcək. Raketlərin əldə edilməsində Azərbaycan da maraqlı ola bilər, çünki yeni İsrail raketi ona Ermənistanda hədəflərə öz hava məkanından zərbələr vurmaq imkanı verəcək. Trevitik hesab edir ki, İsrail Hərbi Hava Qüvvələrləri yeni raketləri satmaq qərarı veribsə, bizim raketlərdən Suriyada hədəflərə qarşı necə istifadə olunduğunu görəcəyimiz yalnız vaxt məsələsidir. Əgər raketlər Suriyada effektiv olacaqsa, onda onlar başqa sifarişçilərə də satılacaq”, - deyə Al Modon vurğulayıb.