İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:28 | 7 oktyabr 2017 | Şənbə
Məqaləyə 2513 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
«Sionist İsrail rejimi Azərbaycanda ekspansionist və qeyri-qanuni məqsədlərini təmin etmək üçün siyasi fəallar və media nümayəndələrindən ibarət qrupa təlim proqramları keçir. Sionistlərin nümayəndəliyi olan «Maşav»ın təlimlərində iştirak edən şəxslər hazırda respublikada müxtəlif siyasi və inzibati peşələrdə çalışaraq hökuməti istiqamətləndirmək missiyasını yerinə yetirirlər». Bu, Azərbaycanın İrana nota verməsinə səbəb olan «Səhər» televiziyasının verilişindən qısa bir parçadır. Notada qeyd edilirdi ki, sözügedən materialda Azərbaycanın dövlət siyasəti məqsədyönlü şəkildə təhrif edilib, mili rəmz olan dövlət bayrağı kobudcasına təhqir olunub. Bundan başqa, orada hökumət və parlament üzvlərinə qarşı böhtan dolu ittihamlar yer alıb.
«Səhər» televiziyasının həmin verilişində adıgedən millət vəkillərindən Asim Mollazadə deyir ki, İran sadəcə, Azərbaycan Respublikasının varlığını qəbul etmək istəmir. O qeyd edir ki, şəxsən «Maşav» proqramlarında iştirak etməyib. Bununla belə, hesab edir ki, İran Azərbaycanın İsraillə dostluğunu qısqanmaqdansa, Ermənistanla strateji müttəfiqliyi haqqında düşünməlidir: «İran nəinki Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edir, onlar hətta Livanda, Orta Şərqdə birgə əməkdaşlıq edirlər. Bu, xoşagəlməz çirkin təbliğat məhz İran dövlətinin mahiyyətindən və onların bölgədə apardıqları siyasətdən doğur».
«İranın Azərbaycandakı səfirliyi isə hələ ki Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verməyib. Biz gün ərzində səfirliklə əlaqə saxlasaq da, oradan notaya münasibət bildirilmədi».
«Zerkalo» qəzetinin şərhçisi Sədrəddin Soltan isə deyir ki, İranın Azərbaycana ənənəvi münasibəti dəyişmir. İran hakimiyyəti orda yaşayan azərbaycanlıların hüquqlarını necə tanımırsa, Azərbaycan Respublikasını də eləcə qəbul etmək istəmir. S.Soltan düşünür ki, Azərbaycan hökuməti beynəlxalq hüququn imkan verdiyi qaydada İran azərbaycanlılarını müdafiə etməlidir: «Bakının İran azərbaycanlılarına yönəlik konsepsiyası olmadığından, orda soydaşlarımızın dil və başqa hüquqlarını tanımamaqla necə təhqir edirlərsə, Azərbaycanın mili atributlarını da elə təhqir edirlər.
Sədrəddin Soltanın fikrincə, məhz aparılan siyasətin məntiqi kimi Azərbaycana pənah gətirən İran azərbaycanlıları didərgin düşməli olublar. Halbuki, həmin insanlara mili sərvət kimi baxılmalıydı. Çünki məhz onlar İranda azərbaycançılıq ideyasının yaşaması uğrunda mübarizə aparırlar».