
Norveçdə kosmik sınaq fiaskosu
“Spectrum” raketi buraxıldıqdan 30 saniyə sonra partlayıb
“Spectrum” raketi buraxıldıqdan 30 saniyə sonra partlayıb
Kəşfiyyat məqsədli “Soyuz” hərbi kosmodromdan buraxılıb
Şəkil 2024-cü ildə kosmosdan çəkilib
Alimlər sıx uçuş marşrutları ilə bağlı risklərə diqqət çəkirlər
“Satan II” havada partlayıb
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
Göstərilən hədəfi istənilən zərbə ilə vurulduğu deyilir
Dinc dövlətlərlə əhatə olunmuş İsveçrə belə militaristdir
Ruhani İranın raket proqramı haqda
Azərbaycan İsraildən yeni yaradılan raketlər ala bilər
Qoşunlarımız yerdəyişmə və atəşin korrektəsini məşq edir
Təlimlərdə PUA-dan istifadə olunur
LRSO Rusiyanın sistemlərinin öhdəsindən gələr və obyektləri vurula bilər
İsrail Suriyanın S-200 raketini Azərbaycana satdığı raketlə ilk dəfə vurdu...
... yoxsa «biz də yerimizdən tərpənmədən dünyanın yarısını tuta bilərik» mesajı
Rusiyanın səsdən sürətli yeni raketləri Qərbin canına vəlvələ salıb
Avqustun 28-də ABŞ-ın Florida ştatından buraxılan “Falcon 9” orbitdəki “Starlink” peyk qrupuna yeni peyklər göndərib.
Raketin təkrar istifadə edilə bilən alt hissəsi geri dönmə zamanı ekipajsız gəmiyə enməli idi. Lakin gücləndirici göyərtəyə enmək üçün mühərriklərini işə saldıqda, onun aşağı hissəsi alovlanıb və raket Atlantik okeanına düşüb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) dünən verdiyi açıqlamada, araşdırmaya başlanılacağını və problem başa düşülənə və həll olunana qədər “Falcon 9”un buraxılışının dayandırılacağını bildirib.
FAA sözçüsü deyib: “İnsident “Falcon 9” gücləndirici raketinin dənizdə pilotsuz nəqliyyat vasitəsinə enərkən nasazlığı ilə bağlı olub. Bildirilib ki, ictimaiyyət arasında xəsarət alan olmayıb, ictimai əmlaka heç bir ziyan dəyməyib”.
FAA insidentlə bağlı araşdırma tələb edir.
“SpaceX”, nasazlıqdan sonra dünən üçün planlaşdırılan başqa bir uçuşu ləğv edbi. Şirkət həmçinin əlavə edib ki, nasazlıq yaranmış buraxılış “Falcon 9”un 23-cü uçuşu olub.
2016-cı ildən bəri uçuş həyata keçirən “Falcon 9”un buraxılışı ilk dəfə bu ilin iyulunda dayandırılıb. İyulun 11-də “Starlink”ə gedən raket iki gün əvvəlki uçuşda peykləri daşıyıb. Bu dəfəki uçuşda raketin yuxarı hissəsində nasazlıq yaranıb. Raket missiyadan sağ çıxsa da, peyklər orbitin yanlış hissəsinə yerləşdirilib.
FAA təxminən iki həftə sonra “SpaceX” raketini yenidən təsdiqləmişdi.
Hazırkı pauzanın nə qədər davam edəcəyi bəlli deyil. Bununla belə, xarab olması bir çox insana təsir edib. Çünki “Falcon 9” həm “Polaris Dawn” missiyasından, həm də aylardır Beynəlxalq Kosmik Stansiyada yerə qayıtmağı gözləyən astronavtları daşıyacaq.
Özəl şirkət tərəfindən həyata keçirilən ilk kosmosa uçuş, milyarder Ceyred İsaakman tərəfindən maliyyələşdirilən “Polaris Dawn”un bir hissəsi kimi planlaşdırılır.
Missiya texniki nasazlıq və hava şəraiti səbəbindən əvvəlki günlərdə təxirə salınmışdı və son hadisələr uçuşun nə vaxt baş tutacağı ilə bağlı qeyri-müəyyənliyi artırır.
Həmçinin, “Falcon 9”un iyun ayında “Boeing”in “Starliner” şatlı vasitəsi ilə ISS-ə gedən Batç Uilmore və Sani Uilliams adlı iki astronavtı yer üzünə qaytaracağına qərar verilib. NASA sentyabrda “SpaceX” raketi ilə Yerdən iki astronavtı stansiyaya göndərməyi planlaşdırır.
Uilmor və Uilyamsın 2025-ci ilin fevralında bu iki astronavtla birlikdə yerə qayıtması nəzərdə tutulur.