«Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb»
Əslində adaya Yunanıstan müdaxilə edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Cək Strou (Jack Straw) «The Independent» qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək «hər iki Kipri» beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.
Niyə?
Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib.
Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü.
O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi.
Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəkildə artırılıb. O vaxtdan bəri on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb.
Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib.
Bəziləri iddia edə bilərlər ki, Türkiyə Kiprə bu qədər qoşun yeritməklə həddindən artıq kəskin reaksiya göstərib.
Cək Strou yazır ki, «amma Türkiyə bu vəziyyətə qollarını sallayıb sadəcə tamaşaçı kimi baxa bilməzdi».
Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı.
Müəllif yazır ki, həmin vaxtdan bəri Kiprə dair, əsasən də BMT-nin egidası altında saysız danışıqlar aparılıb.
Bu danışıqlarda, həm də adadakı türk əsgərləri kontingentinin ixtisarı məsələsi qoyulub.
Adanın iki icmasının birləşdirilməsi üçün ən maraqlı plan 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüşdü.
O vaxt iki icma üçün bir konstitusiyanın qəbulu məsələsi qoyulmuşdu. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər.
Burada fundamental məsələ budur ki, Kipr yunanlarının hər hansı razılaşmada elə bir maraqları yoxdur.
Cək Strou yazır ki, o vaxt Britaniya da daxil Avropa İttifaqı Kiprin yunan hissəsini üzvlüyə qəbul etməklə böyük səhvə yol verib. Lakin türk sakinlər üçün bundan da təhqiramizi adanın Aİ-yə bütünlükdə qəbul edilməsi idi.
Keçmiş nazir yazır ki, bu qərar Kipr türklərinin rəyini nəinki nəzərə almamış, əksinə bütöv bir icmanı havadan asılı vəziyyətə salmışdı.
Strou öz məqaləsində vurğulayır ki, indi Kipr türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır.
Strou yazır ki, əslində heç yunan Kipri də özünü nümunəvi Aİ üzvü kimi aparmır.
2011-2012-ci ildə Kipr Rusiya oliqarxları üçün ofşor rolunu oynamaqla öz varlığına az qala son qoyacaq maliyyə böhranı törətmişdi.
Ötən ay «The Guardian» yazmışdı ki, Kipr Rusiya və Ukraynanın oliqarx milyarderlərinə vətəndaşlıq satmaqla 2013-cü ildən bəri 4 milyard avro qazanıb.
Adanın iki icmasının birləşidirilməsi bir də ona görə müşküldür ki, siyasi birləşmə yunanların siyasi hakimiyyəti türklərlə paylaşması demək olardı.
Keçmiş nazir yazır ki, əgər yunanlara belə bir təklif onların Aİ-yə üzvlük şərti kimi verilsəydi, bəlkə də keçərli olardı.
Amma indi belə bir şərt və ya siyasi qazanc olmadan heç bir Kipr yunan lideri birləşmə üçün elektoratı arxasınca apara bilməyəcək.
Cək Strou yazır ki, hazırkı status-kvo sadəcə olaraq Kiprin yunan hissəsi üçün əlverişlidir.