vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:55 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 88 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əfqanları xatırlamalıdırlar”

Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyada terror təşkilatı PKK/YPG-dən öz oyunlarında istifadə etdiyini bildirərək, “ABŞ-ın vədlərinə etibar etməyə qərar verən Əfqanıstan rəhbərliyinin başına gələnləri xatırladırıq”, – dedi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyadakı mövcudluğu ilə bağlı “Bu, Suriyadakı vəziyyətə birbaşa təsir edir. Fəratın şərqindəki vəziyyətin səbəbi budur”, – deyib.

ABŞ-ın Tanif qəsəbəsi ətrafında 55 kilometr enində zona yaratdığını xatırladan Lavrov, amerikalıların bu bölgədə terrorla mübarizədə problemləri həll etmədiklərini və “yarıdövlət” yaratmağa çalışdıqlarını bildirib. Lavrov, "Bu bölgədə neft və təbii qaz yataqları, münbit kənd təsərrüfatı torpaqları var. Bu yer amansızcasına istismar olunur. Amerikalılar və onların əlaltıları buradan neft, təbii qaz və taxıl çıxarıb satırlar. Bu pul Suriyanın büdcəsinə getmir, əksinə separatizmi və yarımdövlət yaradılmasını təşviq etmək üçün istifadə olunur, – deyib.

Terror təşkilatı PKK/YPG arasındakı əlaqələrə də toxunan Lavrov, "Amerikalılar kürdlərdən öz oyunlarında istifadə edir, onlarla oynayırlar. Kürdlər başa düşməlidirlər ki, onların gələcəkləri vahid Suriyadadır. Amerikalıların oyunlarında alət olmamalıdırlar. Əksinə Suriya hökuməti ilə razılığa gəlməli və milli azlıq olaraq öz hüquqlarını razılaşdırmalıdırlar”, – deyib.

Lavrov sözlərini belə davam etdirib: “Bu mövzuda dialoq var idi və biz bu dialoqu təşviq edirdik. Sonradan amerikalılar kürdləri inandırdılar ki, hökumətlə qarşılıqlı əlaqə qurmaqdansa, gərginliyi artırmaq daha yaxşıdır. Kürd həmkarlarımızla təmaslarımızda onlara öz xalqına və milli dialoqa deyil, ABŞ-ın vədlərinə güvənən Əfqanıstan hökumətinin aqibətini xatırladırıq. Amerikalılar onları bir gecədə tək qoydular. Ümid edirəm ki, kürd tərəfdaşlarımız bunun tarixi təcrübəsini nəzərə alacaqlar. Suriya ilə dialoq qurmağa və vahid dövlətdə yaşamaq şərtləri ilə Dəməşqlə razılığa gəlməyə başlayacaqlar”.

***

Türkiyənin Suriyanın ərazi bütövlüyünü vurğuladığına və terror problemi həll olunana qədər müvəqqəti olaraq bu torpaqlarda qalacağına işarə edən Lavrov, “Ancaq hələlik Dəməşq Türkiyənin İdlibdə gərginliyi azaldılması üçün işlərini davam etdirməsini və hücuma keçməsini istəyir. Ankaranın Suriya sərhədində problem yaratmağa çalışan ekstremist kürdlərə qarşı əks-əməliyyatlarına görə çox ehtiyatlı davranır”, – deyib.

Ötən il Suriya, Türkiyə, Rusiya və İran nümayəndələrinin Suriya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı görüşlər keçirdiklərini deyən Lavrov bu görüşlərdə razılığın əldə olunmadığını bəyan edib.

Lavrov, “Suriya rəhbərliyi düşünür ki, bu prosesin davam etməsi üçün türk qoşunlarının Suriyadan yekun şəkildə çıxarılması ilə bağlı dəqiq qərar qəbul edilməlidir. Türklər buna hazırdırlar, lakin indiyədək müəyyən parametrlərlə bağlı razılıq əldə olunmayıb. Burada qaçqınların geri dönüşü, terror təhdidini və Türk əsgərlərinin varlığına ehtiyacı aradan qaldıracaq tədbirlər var. Bütün bunlar üzərində iş gedir”, – deyib.

Yaxın vaxtlarda oxşar görüşün keçiriləcəyi ilə bağlı məlumatı paylaşan Lavrov, “Biz Dəməşq və Ankaradakı tərəfdaşlarımızın münasibətlərini yaxşılaşdırmasının tərəfdarıyıq. Üstəlik, Türkiyə və Suriya liderlərinin 2010-2011-ci ilə qədər isti şəxsi münasibətləri olub. Məncə, bu da müsbət rol oynayacaq”, – deyib.