vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:23 | 25 yanvar 2014 | Şənbə Məqaləyə 1569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna müxalifəti silahlanır

Anatoliy Qrisenko: «Kimin qanuni silahı varsa, ölkənin bu çətin günündə ilk növbədə qabaqda getməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın eks müdafiə naziri Anatoliy Qrisenko Maydanda çıxış edərək Kiyevin küçələrini qorumaq üçün xalqı silaha sarılmağa səslədi. Anspress-in «Komsomolskaya pravda» qəzetinə istinadən verdiyi məlumata görə, eks nazir bildirib ki, kimin qanuni silahı varsa, ilk növbədə ölkənin bu çətin günündə qabaqda getməlidir.

«Silahı isə yalnız sizə atəş açılan zaman işlətmək lazımdır. Mən bu addımı bir siyasətçi kimi birinci atacam, çünki hal-hazırda mənim üstümdə qanuni silahım var. Mən təhsilli və ağıllı insanam. İnsan hüquqlarından başlaayaraq bütün qanunları oxumağı bacarıram, harda insana hansı hüquq verilməlidir, onu yaxşı bilirəm. Kimsə mənə atış açsa, özümü qorumaq üçün onu öldürməyə hazıram. Bütün bunlar qanunda yazılıb», - deyə Anatoliy Qriçenko bildirib. 
«Ukrainskaya pravda» qəzetinin yazdığına görə, hazırda təkcə Kiyevdə deyil, ölkənin qərb bölgəsində də qarşıdurmalar davam edir. Ölən və yaralananlar haqda məlumatlar da verilir. Artıq İvano-Frankovsk, Jitomir, Xmelnitski, Lvov, Ternopol, Çerkassı demək olar ki, müxalifətçilərin əlindədir. Onlarin əsas tələbi yerli icraedici orqanların istefaya getməsidir.