vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
22:47 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 1961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev külə dönür

Maydan meydanı alovlara bürünüb, Müstəqillik Abidəsi və Həmkarlar İttifaqı binasının yarısı və ətrafı tamamilə yanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

18 fevral tarixində, mitinq iştirakçılar və BERKUT əsgərləri arasında toqquşmalar yenidən başlanıb. Axırıncı məlumatlara görə, Kiyevdə vəziyyət kəskin dəyişib. 18 fevraldan sonra 75 nəfər ölüb, 551 nəfər zərər yaralanıb. Yaralılardan 332 nəfər hospitala yerləşdirilib. Bu rəqəmlər Şəhər Dövlət Administrasiya Səhiyyə Departamenti tərəfindən verilib. Zərərçəkənlərə fasiləsiz tibbi yardım göstərilir. (Ria Novosti)

Fevralın 20-i səhər isə Ukrayna radikalları «yalançı» barışıqdan imtina edərək hakimiyyətə müharibə elan ediblər.
Səhər saatlarından başlayaraq mitinq iştirakçıları əsasən Maydanın mərkəzində toplaşıblar. Milis üsyançılar arasında 100 metr intervalı qoruyub. Daxili qoşunların əsgərləri dayanmadan su şırnağı vasitəsilə yanğınları söndürülməyə başlayıb. Bu vaxt aktiv hərəkət olmayıb. 
Bir müddət sonra etirazçılarla polis arasında toqquşma başlayıb. Milislərin su şırnağı, bibər qazı və qulaqbatırıcı qumbaralarına mitinqçilər daş və «molotov kokteyli» ilə qarşılıq veriblər. Toqquşmada ölənlərin sayı 70-i yaralıların sayı 500-ü keçib. İnstituskaya küçəsində yaralıları daşımaq üçün 15 təcili yardım maşını gəlib. Bundan başqa 2 yanğınsöndürən və 10 ədəd müxtəlif xüsusi texniki cəmləşib.

Odessa-Kiyev yolunda sədd

Vaxt.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada baş verən hadisələrin həcmi çox geniş vüsət alıb. İnqilab dalğası demək olar bütün ölkəni bürüyüb. Belə ki, Çerkaski vilayətinin Mankivka şəhərində yerli camaat Kiyevə gedən əsgərlərin və xüsusi təyinatlıların qarşısını almaq üçün avtomagistralın ortasında barrikadalar, istehkamlar qurublar. Buna baxmayaraq daxili qoşunların əsgərləri olan avtobuslar əhalinin üzərinə sürülüb. Bu vaxt 40 yaşlı bir kişi həlak olub. Daha sonra «Jeep» markalı maşın başqa bir nəfəri vuraraq öldürüb. Qəzəblənmiş xalq əsgərlərin avtobuslara hücum çəkərək nəqliyyatı vasitəsini darmadağın ediblər. Əvvəlcə içəridəkiləri düşürərək şüşələri qırıblar, sonra təkərləri kəsib və avtobusa od vurublar. Əsgərləri isə hərbi təchizatlarını alaraq özlərini mikroavtobuslara oturdub Uman şəhəri istiqamətində göndəriblər.

Muzeylərə sağalmaz yaralar

Ukrayna Muzey fondları binası darmadağın edilib. Belə ki, Kiyev Tarix Muzeyinin fond və inzibati binası tamamilə dağıdılıb. Bu barədə Muzey işinin inkişafı Ukrayna mərkəzinin «facebook» səhifəsində xəbər verilir. Hadisə yerində olan mərkəzin başçısı Vladislav Pioro deyib ki, hadisənin nə vaxt baş verməsi haqda dəqiq məlumatı yoxdur. 

Arxeologiya İnstitutun baş elmi işçisi Evelina Kravçenko öz «facebook» səhifəsində muzey fondlarının dağıdılması və talan edilməsi haqda məlumatı təsdiqləyir: «Binanın yuxarı mərtəbələrində kolleksiya qutuları açılıb, elmi şöbələrdə texnika oğurlanıb, şəxsi əşyalar darmadağın edilib».