Daha bir jurnalist öldürüldü
Ukraynada iki gündə iki media mənsubu qətlə yetirilib, biri isə ağır yaralanıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Bu gün Ukrayna paytaxtının mərkəzində 22 yaşlı jurnalistin meyiti tapılıb. Vaxt.az bu barədə məlumatı İqor Kostenkonun çalışdığı «Sport analitik» nəşrinin saytından əldə edib. Əslən Lvovdan olan Kostenko Kiyevdə çalışırmış. Lvov şəhər meriyası meyitin doğma şəhərinə gətirilməsi və və dəfn xərclərini üzərinə götürüb. Qətlin səbəbləri məlum deyil.
Dünən isə (19 fevral) «VESTİ» qəzetinin Kiyevdəki əməkdaşı Vyaçeslav Veremiy öldürülməsi xəbər yayılıb. Vaxt.az məlumatı jurnalistin çalışdığı vesti.ua saytından əldə edib.
Saytın yazdığına görə, jurnalist ötən ay yanvarın 20-də gözündən güllə yarası aldığı üçün görmə qabiliyyətini itiribmiş. Ayın 18-də işə çıxan Vyaçeslav Vremiy elə həmin gün axşam saytın kompüter mütəxəssisi Aleksey Lımarenko ilə işdən evə gedərkən bir neçə dəyənək və odlu silahla silahlanmış maskalının hücumuna məruz qalıb. Maskalılar qəflətən işıqforda dayanan, Vyaçeslav və Alekseyin əyləşdiyi taksiyə hücum ediblər. Onlar əvvəlcə taksinin içərisinə «molotov kokteyli» atıblar. Sonra sürücü ilə iki sərnişini taksidən düşürərək döyməyə başlayıblar. Ağır zərbələr dəyən sürücü ayağından ciddi travma alıb. Alekseyin üzü tanınmaz hala düşüb. Vyaçeslav isə sinəsindən güllə yarası alıb.
Xəstəxanaya çatdırılan jurnalistin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həkimlər bir neçə saat çalışsa da çox qan itirdiyi üçün Vyaçeslavı xilas edə bilməyiblər. Dünən səhər Vyaçeslav Veremiy cərrahiyyə stolunda həyatla vidalaşıb.
«Vesti» qəzeti yazır ki, Kiyev bürosu açılandan bəri Vremiy oranın aparıcı əməkdaşı olub olub. Jurnalist sosial mövzularda kəskin yazılar yazıb, araşdırmalar aparıb, Avromaydandan reportajlar hazırlayıb. 33 yaşlı Vyaçelsav Vremiyin 4 yaşlı oğlu yadigar qalıb.