vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
10:38 | 12 noyabr 2017 | Bazar Məqaləyə 4431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur Dədə Günəş kim olub?

Təbibin böyük sirri

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Şamaxıda məşhur türbə və ziyarətgahın yerləşdiyi eyni adda kənd var - Dədəgünəş. Həmin kənddəki ziyarətgah 1602-1603-cü illərdə tikilib. Türbə iki otaqdan ibarətdir. Otaqların birində iki qəbir var. Türbənin üzərindəki kitabədə bu sözlər yazılıb: «Bu məqbərə mərhum, bağışlanmış, xoşbəxt, şəhid, möminlərin qulu, həqiqəti axtaran övliyalarının rəisi Dədəgünəş övladlarından Şeyx Məhəmməd ibn Dədəqulunundur».

Həmin kitabəyə görə, türbə Dədəgünəşin nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olub.

Rəvayətlərə görə, dərman bitkiləri ilə zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş kəndində orta əsrlərdə məşhur elm mərkəzlərindən biri yerləşib. Dədəgünəş XII əsrdə yaşayıb yaradan məşhur Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osmanın ləqəbi olub.

Türbə hazırda ziyarətgaha çevrilib. Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi ərazidədir. Kənd adını oradakı Dədəgünəş pirinin adından alıb. Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır.

Bir başqa rəvayətə görə, Dədəgünəş quduzluğa tutulan xəstələri müalicə edirmiş. Qədirbilən xalqımız təbibin vəfatından sonra onun dəfn olunduğu türbəni müqəddəsləşdirib. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş orta əsrlərdə məşhur elm mərkəzlərindən biri olub.

Dədə Günəş şəxsiyyəti haqqında daha real fərziyyələr də irəli sürülüb. Burada onun hər hansı kəramət sahibi olması deyil, həddindən artıq savadlı bir həkim olduğu göstərilir.

Bir rəvayətə görə Şamaxının Məlhəm kəndində çox qədim zamanlarda olduqca bilikli bir loğman yaşayırmış. Onun hazırladığı məlhəmlər uzaq yerlərdən gələn xəstə insanları tezliklə və tamamilə müalicə edirmiş. Hətta bu məlhəmlər hələ o zaman geniş miqyasda xaricə satılmaq üçün də göndərilirdi, belə hesab edilir ki, Şamaxının yaxınlığında olan Məlhəm kəndi həmin loğmanın məlhəmlərinin adı ilə adlandırılıb. O, günəşin şüalarının məlhəmlərin müalicəvi effektini artıra bilməsinə böyük əhəmiyyət verirdi. Rəvayətə görə bu alim dünyasını dəyişdikdən sonra onu yaşadığı yerin yaxınlığında olan günəşli bir təpədə dəfn ediblər. Həmin təpənin adı hələ indiyə qədər xalq arasında «Dədə Günəş» adlanır. Dədə Günəş sonralar ziyarətgaha çevrilib. Məlhəm kəndinin yaxınlığında Ömər İbn Osman həm gənc həkimlər hazırlandığı və təbiblərin biliklərini təkmilləşdirdiyi böyük bir tibb məktəbi yaradıb. Bu tibb məktəbinin nəzdində xüsusi klinikalar, əczaxanalar və laboratoriyalar var idi. Bu laboratoriyalarda xəstələrin müayinəsi ilə məşğul olurdular. Tibbin nəzəri fənlərindən anatomiya, fiziologiya, patologiya və gigiyenaya xüsusi yer verilirdi. Tibb məktəbinin nəzdində olan əczaxanalarda müxtəlif xəstəliklərin müalicəsində işlədilən məlhəmlər ilə bərabər həblər, tozlar, plastrlar, dəmləmələr, şərbətlər, məcunlar da hazırlanırdı. Tibb məktəbinin yaxınlığında dərman bitkilərini becərmək üçün xüsusi sahələr də ayrılıbmış.