vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QƏZA, FACİƏ  
11:35 | 6 aprel 2014 | Bazar Məqaləyə 3986 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayı Şamaxı sakinini parçaladı

35 yaşlı Hüseynov Sədinin vəziyyəti ağırdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Şamaxıda ayı Talışnuru kənd yolunda bir kişini parçalayıb. Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədinin ayı hücumuna məruz qalması barəsində «Kanal S» telekanalı xəbər verib.

Sədinin sözlərinə görə, ayı onun qarşısına ani olaraq çıxıb və üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyəsindən xəsarətlər alıb. Ayı onun boyun nahiyəsini parçalayıb. Çətinliklə də olsa da o, ayının əlindən xilas ola bilib.

ANS PRESS-in məlumatına görə, yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırıblar. Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evlərinə qayıdırmış. Sözü gedən ərazi isə sıx meşəlik olub.

Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki yaşanır. Ötən il isə rayonun Keşmədin kəndinə ayı hücum edib və 2 nəfəri yaralayıb.