Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:03 | 3 oktyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2893 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığındakı dağlıq ərazidə itmiş turistlər ABŞ vətəndaşı deyillər. Bu haqda virtualaz.org-a məlumatlı mənbələrdən məlum olub. Xatırladaq ki, bu gün saat 06:48-də Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli «Nissan Patrol» avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olmuşdu.
Virtualaz.org-a məlum olub ki, itən turistlər Rusiya vətəndaşları imiş. Böyük ehtimalla, onlar çətin vəziyyətə düşərkən Amerika xilasetmə xidmətinə 911-ə zəng ediblər. Xatırladaq ki, Azərbaycan xilasediciləri fövqəladə hadisə barədə yalnız ABŞ-dan gələn zəngdən sonra xəbər tutmuşdular.
***
16:29
Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.
FHN-in mətbuat xidməti xəbər verir ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər.
***
15:49
Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür.
FHN-dən verilən məlumata görə, bir qədər əvvəl nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub.
***
13:33
Şamaxı rayonunun dağlıq ərazisində köməyə ehtiyacı olan xarici vətəndaşların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvə və texnikası cəlb edilib.
FHN-dən virtualaz.org-a bildiriblər ki, bu barədə əlavə məlumat veriləcək.
***
13:02
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu gün 06:48-də Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli «Nissan Patrol» avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Mənbə bildirir ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.
Hal-hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.