vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:58 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 3116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkel hakimiyyətdən doymur

Almaniyada erkən seçki ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Mail» yazır ki, Almaniya bir seçkini yenicə başa vurub, lakin daha bir erkən seçki keçirmək məcburiyyətində qala bilər.

Angela Merkelin mühafizəkar ittifaqının koalisiya yaratmaq istədiyi iki partiya miqrasiya və iqlim dəyişikliyi barədə heç cür razılığa gələ bilmirlər, bu isə onların eyni hökumət koalisiyasına daxil olmasını mümkünsüz edir.

Kansler Merkel özünün Xristian Demokrat partiyası ilə Xristian Sosialist İttifaqı, Azad Demokratik Partiya və Yaşıllar arasında ötən gün axşam saat 6-dək razılaşma əldə ediləcəyinə ümid edirdi.

Lakin qaçqın böhranı, bərpa olunan enerji növlərindən istifadə və iqtisadiyyat kimi məsələlərdə razılığa gələ bilməyən koalisiyanın bərqərar olmaq şansları sürətlə azalır.

Cümə günü 15 saat ərzində aparılan danışıqlar da heç bir fayda verməyib.

«The Mail» yazır ki, əgər partiyalar arasında razılaşma əldə olunmasa, almanları yeni erkən seçki gözləyə bilər, belə ki, xanım Merkel seçkidə məğlub etdiyi sosial-demokratlarla birlikdə müxalifətə keçmək fikrində olmadığını bildirib.

Elə sosial-demokratların lideri Martin Şults (Martin Schulz) da Merkelin partiyası ilə hakimiyyət bloku yaradılmasını bir daha istisna edib.

Partiyalar arasında ixtilafın əsas mövzusu qaçqınlar və iqlim dəyişikliyi məsələsidir.

Yalnız Bavariyanı təmsil edən Xristian Sosialist İttifaqı ölkəyə qaçqın qəbul edilməsinə limit qoyulmasını istəyir, halbuki yaşıllar qaçqınların qohumlarına da ölkəyə gəlmək icazəsinin verilməsi üçün mübarizə aparır.

Yaşıllar Partiyası habelə kömürdən və daxiliyanma mühərriklərindən istifadəyə 2030-cu ilədək son qoyulmasına çalışır.

Azad Demokratlar partiyası isə kömür və daxiliyanma yanacaqlarından istifadəyə son qoyulmasının ölkənin iş yerləri üçün yaradacağı təhlükədən narahatdır.

Dörd partiya razılığa gəlinməsi üçün Merkelin qoyduğu möhlət müddətini artıq bir neçə gün də keçib. Dördpartiyalı hökumət Almaniyanın tarixində ən çoxpartiyalı koalissiya olmalı idi.

Yaşılların koalisiya danışıqlarına qoşulması üçün icazəni partiyanın bu ayın axırında keçiriləcək qurultayı verməlidir.

Sorğular, əgər erkən seçkilər günü bu gün keçirilsə, indikinə bənzər vəziyyətin yaranacağını göstərir.