vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
10:09 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2614 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin zəhər dilindən növbəti hədə!

Rusiya Jirinovskinin acı ağzı ilə Avropanı və postsovet ölkələrini təhdid etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə də sərsəm açıqlamaları ilə gündəmə gəlib. Kremlin sözçüsü funksiyasını daşıyan Jirinovski «Rossiya 1» telekanalında çıxışı zamanı bildirib ki, Brüsseldə əgər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul edilsə, rus qoşunları Almaniya sərhədində dayanacaq.

Partiya sədri daha irəli gedərək, postsovet məkanı ölkələrini, hətta dünyanı təhdid edən açıqlamalarla çıxış edib. «Biz heç vaxt imkan verməyəcəyik ki, NATO bizim sərhədlərimizin yaxınlığında dayansın. Gürcüstanın da gələcəyi yoxdur. Postsovet məkanından heç bir dövlət NATO-ya buraxılmayacaq. Baltikyanı dövlətlər isə sadəcə səhv idi və bir daha bu səhv təkrarlanmayacaq. NATO-da bunun haqqında məlumatlıdırlar. Biz heç kimi təhdid etmirik, amma rusları hər yerdə qorumalıyıq», - deyə o bildirib.

Onun fikirlərinin təsadüf olmadığı və Kremlin onun vasitəsilə dünyaya mesaj ünvanladığı bildirilir. Bundan əlavə, bu açıqlamalarının ardından Rusiyanın hələ də özünü postsovet məkanının ağası saydığı vurğulanır.