Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:56 | 10 sentyabr 2024 | Çərşənbə axşamı
Məqaləyə 356 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Polşa Rusiyanın hava məkanını pozmasına qarşı NATO-dan birgə cavab tələb edərkən, Rusiya donanması strateji təlimə başlayıb. Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış alyansı ölkələrin hava məkanını pozan Rusiya pilotsuz uçuş aparatlarına (PUA) qarşı birgə cavab verməyə çağırıb.
Polşanın “PAP” agentliyinin məlumatına görə, Kosiniak-Kamysz bildirib ki, bazar günü (sentyabrın 8-də) Rusiyanın PUA-larının NATO ölkələri olan Rumıniya və Latviyanın hava məkanını pozması vəziyyətin ciddiliyini sübut edir. Kosiniak-Kamysz NATO müttəfiqlərinin bu və buna bənzər vəziyyətlərə birgə cavab verməli olduqlarını, məsələni müzakirə etdiklərini, lakin hələlik bir nəticəyə gəlinmədiyini bildirib.
Nazir Kosiniak-Kamysz də qeyd edib ki, Polşa ən yaxşı hava hücumundan müdafiə sistemlərini almaqla silahlanmalı və güclənməlidir. Kosiniak-Kamysz-in bəyanatları sentyabrın 8-də Rusiya PUA-larının Latviya və Rumıniyanın hava məkanını pozmasından sonra verilib.
***
Bu arada Rusiya Müdafiə Nazirliyi Rusiya donanmasının “Okean-2024” hərbi strateji təliminə başladığını bildirib. Nazirlikdən verilən məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin bölmələri ordunun hazırlığı çərçivəsində “Okean-2024” təliminə qatılıb.
Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyevin rəhbərliyi ilə Sakit və Şimal Buzlu okeanlar, Aralıq dənizi, Xəzər və Baltik sularında keçirilən təlimdə 90 mindən çox əsgər, 400-dən çox döyüş gəmisi və sualtı qayıq, 120-dən çox təyyarə və vertolyot daxil olmaqla təxminən 7 min hərbi texnika iştirak edir.
İki mərhələdən ibarət olan təlimə Rusiya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FSB), Milli Qvardiya və Federal Mühafizə Xidmətinin əməkdaşları da cəlb olunub. Xarici ölkələrdən (ÇİN) hərbi birləşmələrin də dəvət olunduğu təlimin məqsədi Rusiya donanmasının hazırlıq səviyyəsini yoxlamaqdır.
Okean təlimi sentyabrın 16-da başa çatacaq. Böyük təlimlərdən biri olan “Okean” da keçmiş Sovet İttifaqı dövründə 1970-1985-ci illər arasında təşkil olunub.