vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:34 | 10 dekabr 2017 | Bazar Məqaləyə 2503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Var-dövlətinizi açıqlayın»

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkiyədə siyasətlə məşğul olan hər kəs, başda CHP millət vəkilləri, bələdiyyə sədrləri olmaqla AKP, MHP-nin və HDP-li bələdiyyə sədrləri, millət vəkilləri və Prezident daxil hər kəs var-dövlətini açıqlasın. Varmı o cəsarət? Kim haradaymış, hara gəlib? Nə satıb, nə alıb ortaya qoyulsun. Kimin hansı ölkədə nəyi var görək».

Bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir Millət Vəkili Atilla Sərtel deyib.

Dövrün HAS Partiya sədri, bu günün Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuşun İzmir Jurnalistlər Cəmiyyəti Sədrliyi dövründə Cəmiyyəti ziyarət etdiyini və özünə «Qarun qədər zəngin oldular. Çox çaldılar «dediyini açıqlayan Sərtel,» Numan bəy, siz İqtisadiyyat Naziri Nihat Zeybəkçi ilə birlikdə Rza Zərraba İxracat Çempionu titulunu verdiyiniz üçün peşmansınızmı?

Bu gün özünüzü tənqid edirsinizmi? Nə düşündüyünüzü, nə hiss etdiyinizi çıxıb Türkiyə cəmiyyətinə danışmağınız lazım», deyib:

«AKP iqtidarı korrupsiyalarını CHP-yə şər ataraq ört-basdır etməyə çalışır. Tükü bitməmiş yetimin haqqını yeyərək haqsız və hüquqsuz varlananlar var. Biz qapı döyərkən başqaları qutu çalırdı. Qutular içində milyon dolarlar aparıblar, amma indi heç bir şey olmamış kimi CHP-yə şər atmağa çalışırlar. Onların dedikləri bizə heç vaxt yapışmaz».

CHP Ataşehir Bələdiyyə sədri İşə Battal İlgezdinin vəzifədən alınmasını tənqid edən və qınayan Sərtel, bir bələdiyyə sədrini vəzifədən alacaq tək varlığın «xalq» olduğunu deyib Sərtel,sözlərinə belə davam etdi:

«Ataşehir Bələdiyyə sədrimizdən sonra indi bir neçə bələdiyyəmizin də vəzifəsindən azad edilməsi müzakirə mövzusuymuş. Bunlar bu ölkəni xaosa, yalnız və yalnız insanları qütbləşdimə istiqamətində bir sistem qurmaq istəyirlər. Öz bələdiyyə sədrlərini hüquqsuz bir şəkildə vəzifədən azad etdilər. Milli iradəyə hörmət harada qaldı?»

Çıxışında ABŞ-da mühakiməsi davam edən Rza Zərraba da toxunan Atilla Sərtel, Zərraba təqdirnamə təqdim edən Numan Kurtulmuş və Nihad Zeybəkçini sərt tənqid edib.

Qafar AĞAYEV