... Putin və Ərdoğan
Trampın ən çox xoşladığı liderlər …
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
“Prezidentlik öküz sürməkdən daha təhlükəlidir”
Donald Tramp Miçiqan ştatında seçicilər qarşısında çıxış edib
-
Tramp yeni kriptovalyuta yaradır?
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
-
“Sui-qəsd etməkdə azadsınız”
Trampa sui-qəsddə şübhəli bilinən Routdan İrana çağırış
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Su-qəsdçi iki maddədən mühakimə olunacaq
Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib
-
60 gündə iki sui-qəsd cəhdi
Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur
-
Trampa ikinci sui-qəsd
Tələm-tələsik apardılar, sui-qəsdçi həbs olunub, hadisə yerindən eyni silah tapılıb
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“İki pisdən yaxşısını seçin”
Harris və Trampı tənqid edən Roma Papası ABŞ katoliklərinə səsləndi
-
ABŞ seçkilərində pulun gücü
Hansı daha sərfəlidir, yüksək tələbli varlı donor, yoxsa kasıb ictimai dəstək?
«Vox» jurnalı yazır ki, prezident Donald Trump öz hakimiyyəti üzərində heç bir nəzarəti sevmir, mətbuata onu tənqid edəcək qədər azadlıq verildiyini qəbul edə bilmir və Amerikanın dövlət təhlükəsizlik xidməti - FTB-nin şəxsən ona loyal olmasını tələb edir.
Onun bu keyfiyyətləri bir çox müşahidəçilərin onu Rusiya prezidenti Vladimir Putin və ya Türkiyə lideri Ərdoğanla müqayisə etməsinə səbəb olub.
İndi isə «The Washington Post» qəzetində dərc edilmiş məqalədən görünür ki, bu bənzətmə bizim düşündüyümüzdən də real imiş. Məqalədə deyilir ki, ABŞ prezidenti bu avtoritarlara «yarımaşkar» şəkildə heyrandır.
Bu məqalə Trampın Rusiya baxışlarının diqqətlə öyrənilməsinin məhsulu təsirini bağışlayır.
Məqalə müəllifi öz yazısında Trampın adı çəkilməyən müşavirinə istinad edir.
Bu müşavir qəzetin müxbirinə Trampın hansı xarici liderləri bəyənməsinə dair qiymətli məlumatlar verib. Aydın olub ki, ABŞ prezidentinin ən çox xoşladığı üç prezidentin üçü də avtoritarlardır.
Qəzet yazır ki, söhbət Çin, Türkiyə və Rusiya prezidentlərindən gedir.
«Vox» müxbiri yazır ki, bu məlumat, Trampın özünü demokratik rejimdəki həmkarları ilə olduğundan, avtoritar liderlərlə daha rahat hiss etməsinə dair çoxdan dolaşan söhbətləri bir növ təsdiq etmiş olur.
O, prezident Xi ilə aralarında «böyük bir kimyanın» olmasından dəm vurub, iyul ayında Putini «şərəfli cənab» adlandırıb. Bunun müqabilində onun Almaniya kansleri Angela Merkel və Yaponiya baş naziri Şinzo Abe ilə görüşlərindən cəfəng fotolar və hegemonluq nümayiş etdirən əlsıxmalar yadda qalıb.
«Vox» müxbiri yazır ki, Trampın niyə avtoritarları bu qədər xoşlamasının səbəbi tam aydın deyil. Ola bilsin ki, o, zahiri güc və «kişiliyə» daha böyük önəm verir.
Aydın olanı budur ki, Tramp özündən əvvəlki bütün ABŞ prezidentlərindən həqiqətən də fərqlidir.
Doğrudan da ABŞ liderləri ilə başqa demokratiyaları həmişə demokratik prinsiplərə bağlılıq birləşdirib. Bu prezidentlər avtoritar liderlərlə də işləyiblər və hətta dost da olublar, amma onların heç biri avtoritarlara Tramp kimi «heyran» kəsilməyib.
«Barnard College»dən avtoritarlıq araşdırmaları aparan professor Sheri Berman deyir ki, Trampın avtokratik xasiyyətləri bəlkə də biznes dünyasında məqbul sayıla bilər, lakin siyasət aləmində ciddi problemlərə səbəb olur.
«O, özünə qarşı bütün müxalifət formalarının, hətta tənqid mənbələrinin məhv edilməsini istərdi», -professor Berman deyib.
«Bu bir azca narahatlıq yaradır», - yazır «Vox».