
ABŞ böhranın kənarında
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
Ağır yük maşınlarının idxalına 25% gömrük rüsumu tətbiq ediləcək
Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
ABŞ prezidentinin əleyhdarlarının növbəti aksiyası
FED sədri riskə işarə edir
Trampdan Avropaya çağırış
Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxslə bağlı yeni təfərrüatlar əldə edilib. Sən demə həmin şəxs 2023-cü ildə nəşr olunan onlayn kitabda İranı keçmiş prezidenti öldürməyə çağırdığı məlum olub.
Şübhəli Ryan Uesli Rut, 2023-cü ildə “Amazon”da onlayn olaraq nəşr olunan "Ukraynanın məğlubedilməz müharibəsi" kitabında İran hökumətinə “Trampı öldürməkdə azadsınız” çağırışı edib. Sui-qəsd cəhdi araşdırmasından sonra onun bu yazısı diqqəti cəlb edib.
Kitabda Tramp 6 yanvar 2021-ci ildə Konqresə basqın zamanı və 2018-ci ildə İranın nüvə sazişindən çıxmasında etdiyi “səhvlərə” görə “axmaq” və “təlxək” kimi təsvir edilir: “prezident seçdiyimiz uşağın beyinsiz çıxmasına görə, biz günahımızı qəbul etməliyik”.
Kitabda demokrat və ya cümhuriyyətçi kimi təsnif edilməkdən yorulduğunu bildirən Rut, “Dünyadakı bütün problemlər böyük etibarsızlıq və uşaq zəkasına və davranışına malik kişilərin ətrafında inkişaf edir”, – deyib.
Rut kitabında dünyanın qadınlar tərəfindən idarə olunduğu təqdirdə daha yaxşı bir yer ola biləcəyini müdafiə etdi.
***
Sentyabrın 15-i axşam saatlarında Trampın Florida ştatında olduğu yerin yaxınlığında atəş səsləri eşidilib və sonra onun sağ-salamat olduğu bildirilib.
Donald Trampın böyük oğlu “X” hesabında yerli hüquq-mühafizə orqanları tərəfindən hadisədən sonra tarladakı kolluqlarda AK-47 silahının tapıldığını və şübhəlinin tutulduğunu açıqlayıb.
Bildirilib ki, Məxfi xidmət agenti müdafiə etməkdən məsul olduğu Tramp qolf oynayan zaman şübhəli şəxsə atəş açıb.
Tramp tərəfdarlarına göndərdiyi elektron məktubda “heç vaxt təslim olmayacağını” vurğulayaraq, “Ətrafımda silah səsləri eşidildi, lakin şayiələr nəzarətdən çıxmazdan əvvəl bunları demək istəyirəm: Mən yaxşıyam və təhlükəsizlikdəyəm”, – ifadəsini işlətdi.
FTB hadisəni “çox ciddi” adlandırıb.
Dünən hakim qarşısına çıxan Rut “odlu silah saxlamaq” və “seriya nömrəsi silinmiş odlu silah saxlamaq” iki ayrı maddələrlə ittiham olunub.
Daha əvvəl başqa cinayətlərdə də mühakimə olunduğu bildirilən Ruta qarşı istintaq davam edir.
Keçmiş prezident Tramp iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı sui-qəsd cəhdindən qulağından aldığı xəsarətlə sağ qalıb.