Afrində gərginlik artır
Suriya ordusu bölgənin sərhədində, Türkiyədən hədə, Rusiyadan Əsədə hərbi dəstək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Suriya ordusu YPG terrorçularının nəzarət etdiyi bölgəyə daxil olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xəbəri Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı yayıb.
Təşkilatın açıqlamasında Əsəd qüvvələrinin Hələbdə YPG-lilərin boşaltdığı bölgəyə yerləşdiyi bildirilir.
Qeyd edək ki, gecə saatlarında Suriya mətbuatı YPG-nin Bəşər Əsədlə əldə etdiyi razılaşmaya əsasən Hələbdən çəkilərək Afrinə doğru getdiyini iddia etmişdi. Ancaq YPG terrorçuları və Əsəd hökuməti indiyə kimi hər hansı razılaşma olmadığını bildirirdi.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş verənlərə münasibət bildirib. Diplomat bir daha vurğulayıb ki, bölgədə PYD/YPG-yə yardım etmək və dəstəkləmək məqsədi güdən istənilən qüvvəyə sərt cavab veriləcək: «PYD/YPG Suriya torpaqlarını bölmək istəyir. Terror təşkilatına qoşulmaq istəməyənlər bölgədən, öz yurdlarından sürgün edilib. Bizim fikrimiz aydındır. Bu terrorçulara qarşı olanlarla bərabərik. Amma onlara kömək etmək istəyənlərə imkan verməyəcəyik».
Bu arada Rusiya Suriya ordusuna 5-ci nəsil iki «Su-57» qırıcısı bağışlayıb. Rusiya mətbuatının yaydığı xəbərə görə, təyyarələr artıq Hmeymim bazasındadır. Bundan əlavə aviabazaya 4 ədəd «Su-35», 1 ədəd isə uzaq radiolokasiya müşahidə qabiliyyətli «A-50» təyyarəsi eniş edib.