vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
14:41 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PYD lideri Praqada həbs edilib

Çexiya Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin terrorçu saydığı kürd liderin fevralın 24-də Çexiyada saxlanılıb. Onun həbsi Türkiyənin tələbi ilə İnterpol vasitəsi ilə həyata keçirilib.

Salim Müslim əvvəllər PYD-nin (Demokratik Birlik Partiyasının) sədri olub.

O, ötən il istefa versə də, Suriyanın şimalındakı kürdlər arasında böyük nüfuza malikdir.

Türkiyə Daxili İşlər Nazirliyi ötən ay onu «ən təhlükəli terrorçular» siyahısına salıb. Salih Muslimin saxlanmasını PYD-də də təsdiqləyiblər.

Amma onun Türkiyəyə verilib-verilməyəcəyinin bilinmir.

Çexiya mətbuatının yazdığına görə, yerli polis sözçüsü Andrea Zoulova «Twitter»də yazıb ki, «Türkiyənin istəyi ilə İnterpol tərəfindən axtarılan şəxs saxlanıb, lazımi prosedurlardan sonra o, polis bölməsindəki kameraya yerləşdirilib».

Amma sözçü saxlananın adını açıqlamayıb.

Anadolu agentliyi yazır ki, Çexiya tərəfi Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib.

Hazırda Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyat keçirir və Türkiyə sərhədinə yaxın bölgələri kürd yaraqlılarından təmizləməyi hədəfləyib.