vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
02:34 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TSQ generalları bölgəyə gəldi

PYD/YPG-nin Türkiyə sərhədi ilə təması kəsildi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Zeytun budağı» əməliyyatının 39-cu günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2083-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Son əməliyyatla Suriyanın şimalında böyük yaşayış məntəqələri - Raco və Bülbül qəsəbələri arasındakı xətt birləşib, bununla da terrorçuların Türkiyə sərhədi ilə təması kəsilib.

Türkiyə ərazisindən əlavə qüvvələrin yeridilməsi ilə daha üç kənd - Kurmanlık, Aşağı və Yuxarı Sinara PYD/YPG-dən təmizlənib. Nəzarətə götürülən kəndlərin sayı 115 olub.

Bu istiqamətdə gedən döyüşlərdə 58 terrorçu sağ ələ keçirilib.

Terrorçuların mövqe tutduğu yüksəkliklər isə tank və toplardan  davamlı olaraq atəşə tutulur.

Bölgədə quru əməliyyatlarının davam etdirilməsi əlverişsiz hava şəraiti səbəbindən ləngiyir. İntensiv yağışlar, qatı dumanla müşayiət olunur.

Meşəlik ərazilərdə mövqe tutan Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri PYD/YPG-nin əlində olan artilleriyadan atəşə məruz qalır. Bu səbəbdən meşəlik ərazilərdə yanğınlar başlayıb.

Bu arada TSQ Baş Qərargah rəisi və bir neçə general Türkiyə-Suriya sərhədinə gəlib. Generallar Afrinin mərkəzinə hücum planını gözdən keçirəcək.