vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
13:39 | 29 aprel 2018 | Bazar Məqaləyə 2040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qorbaçovun qaynının müəmmalı ölümü

Yevgeni Titarenko dəlixanada tənhalıqda vəfat edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Voronejdə Raisa Qorbaçovanın qardaşı - yazıçı Yevgeni Titarenko vəfat edib. Virtualaz.org “Voronej dövlət televiziyası”na istinadən xəbər verir ki, Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib.

SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.

Bildirilir ki, Titarenko ildə iki dəfə müayinədən keçirilirmiş, lakin həkimlər bu müayinələrin nəticələrinin onun evə buraxılması üçün qənaətbəxş olmadığını bildirirlərmiş.

Mənbə yazır ki, Titarenkonun taleyi müəmmalarla doludur. Uzun müddət söz-söhbət gəzirdi ki, o, dəlixanaya qanunsuz şəkildə - güclə salınıb.

2014-cü ildə prokurorluq əməkdaşları bu məlumatla bağlı yoxlama aparmışdılar və qərara gəlmişdilər ki, deyilənlər həqiqətə uyğun deyil. Lakin söz-söhbət səngimək bilmədi.

Ötən ilin yayında “Rossiya 1” telekanalındakı “Canlı yayım” proqramında bir vaxtlar Yevgeni Titarenkonu yaxşı tanımış insanlar çıxış edərək bildirmişdilər ki, yazıçının dəlixanaya salınmasına səbəb onun dövlətin birinci şəxslərinə (o zamanlar üçün) aid bildiyi xeyli sayda gizli məlumatlar olub.

Raisa Maksimovna doğma qardaşına bu cür münasibət bəsləyə bilərdimi? Mixail Qorbaçovun müvaşiri işləmiş yazıçı Georgi Pryaxin (Raisa Maksimovnanın yazdığı kitabın üzərində işləyib) xatırlayır ki, “birinci ledi” uşaqlığı barədə gözəl xatirələr danışırdı və qardaşını mehribanlıqla xatırlayırdı. Lakin onun indiki vəziyyətindən söhbət düşəndə bircə kəlmə ilə kifayətlənmişdi: “İçir”.

2017-ci ildə efirə getmiş və bir çox mətləblərin üstünü açan jurnalist araşdırmasının videoyazısını diqqətinizə çatdırırıq: