vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
10:43 | 15 yanvar 2017 | Bazar Məqaləyə 2394 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk səfər Reykyavikə olacaq

Tramp Putinlə Reyqan-Qorbaçov tarixi görüşünü təkrarlamağı planlaşdırır?

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Reykyavikdə görüşməyi planlaşdırır. Bu barədə «Sunday Times» nəşri məlumat yayıb.

«Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır», – deyə nəşrin məlumatında bildirilir.  

Məlumata görə, yeni prezidentin keçid komandasından bildirilib ki, Trampın prezident qismində ilk xarici səfəri Reykyavikə olacaq.

Tramp bundan əvvəl «Wall Street Journal»a müsahibəsində inauqurasiyadan sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə «soyuq müharibə»yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.