vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
09:39 | 10 avqust 2018 | Cümə Məqaləyə 1963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xalq sizə inanmır”

Əhmədinejad Ruhanini istefaya çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hazırkı həmkarı Həsən Ruhanini istefaya çağırıb.

“Qafqazinfo” xəbər verir ki, eks-prezident sosial şəbəkədə yayımladığı videoda iqtisadi böhranın səbəbkarı kimi Ruhanini göstərib: “Ruhani anbarların və xəzinənin boş, hökumətin isə borcu olduğunu söylədi. 5 il keçib. Xalqın seçkilərdəki səsinə hörmətim səbəbindən səssiz qaldım. Ölkəmizin bizdən daha önəmli olduğunu göz önünə gətirərək heç nə söyləmədim. Ancaq ölkənin iqtisadiyyatı dağılmaq üzrədir. Xalqın inamı sıfıra bərabərdir. Davamlı olaraq düzgün olmayan sözlər danışır. Xalq bundan narazıdır.

Cənab Ruhani, xalq sizə inanmır. Bunu başa düşməyiniz üçün nə deyim? Prezident postunda qalmağınız həm ölkənin, həm də sizin ziyanınıza olacaq. Bəlkə də bunun ən yaxşı yolu prezidentlikdən getməyinizdir”.