vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
19:36 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ruhani, Ruhani, vədlərin hanı?»

Tələbələr Azərbaycan dilinin rəsmi dil olması tələbiylə İran prezidentinə müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İran İslam Respublikasında bir qrup etnik azərbaycanlı tələbə Azərbaycan dilinin rəsmi dil olması tələbi ilə prezident Həsən Ruhaniyə müraciət ünvanlayıb, bu barədə BBC Azərbaycancaya ABŞ-da yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı bildirib.

Müraciətdə tələbələr İran daxilində «fars dili ilə yanaşı türk dilinin (Azərbaycan dili - red.) bütün səviyyələrdə rəsmi dil olmasını» istədiklərini bildirirlər.

«Ölkədə bu dildə danışan insanların sayının çox olması və İranın başa-başında yaşadıqlarını nəzərə alaraq, bu önəmli işin yerinə yetirilməsi ölkədə sosial və mədəni problemlərin həllində əsas rol oynayacaqlar», müraciətdə deyilir.

Müraciətdə həmçinin İranda yaşayan digər etnosların dilinin də çoxluq təşkil etdiyi bölgələrdə rəsmi dil olması tələb edilir.

Bundan əvvəl İrandakı azərbaycanlılar dəfələrlə prezident Həsən Ruhanini seçki kampaniyası zamanı onlara ana dillərində təhsil barədə verdiyi vədi yerinə yetirməməkdə ittiham ediblər.

Bu ilin fevral ayında Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələrinin «ana dilində təhsil tələbi» ilə etiraz aksiyası keçirdiyi bildirilib.

Aksiyada, «Ruhani, Ruhani, vədlərin hanı?» şüarının səsləndiyi deyilir.

«Bu tələb İran Azərbaycanında İslam inqilabından sonra aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər», Kanadada yaşayan İran azərbaycanlısı, hüququ müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya deyib.