«Vəziyyət tamamilə dəyişib»
Əhmədinejad namizədliyini irəli sürməsinin səbəbindən danışıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əhmədinejada sui-qəsd cəhdi
İranın keçmiş prezidentin avtomobilinə sabotaj edilib
-
“Məni öldürmək istəyirlər”
İranın sabiq prezidentindən şok iddia
-
Neft sanksiyaları İranı parçalayır
Xamneyi Amerikanı “təhdid” etdiyi halda, Ruhani müzakirələrə hazır olduğunu deyir
-
Yəhyada həya yoxdursa, ...
Xamneyinin müşaviri Pakistanı terrorçuluğa dəstəkdə günahlandırıb
-
“Ay qoca, …”
Senator Tom Cotton Xamneyiyə səsləndi: “… sən bizim hər bizimizdən daha tez öləcəksən”
-
“Xalq sizə inanmır”
Əhmədinejad Ruhanini istefaya çağırdı
-
İranda sufilər ayağa qalxdı
Kökü XIV əsrə gedən Qonabadi Dərvişləri kimdir?
-
Aksiyaları Əhmədinejad təşkil edib
SEPAH-dan şok açıqlama: «Hadisələr daha da şiddətli xarakter ala bilərdi»
-
İran hadisələrində Əhmədinejadın barmağı var?
Nümayişlər mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb
-
«Zərəri geri ödəməlidir»
İranın eks-prezidenti dövlətə 3,5 milyard dollar ziyan vurub
-
Ruhanidən Xamneyiyə sitəm
İran prezidenti dini liderin nəzarətində olan qurumları kəskin tənqid edib
-
Talançının nəvəsi edam ayətullahının seçki qərargahında
Güney azərbaycanlılar bu təyinatdan ciddi narahat olub
-
«İranda seçkilər əsasən ali dini liderin nəzarəti ilə yönləndirilir»
Ruhaninin keçən dörd ildə yürütdüyü siyasətə qısa nəzər
-
...İranda prezidentliyə ən real namizəd Rəisi kimdir?
4482 inqilabçının güllələnməsində birbaşa əli olan, Əli Xomneyinin ən yaxın adamı...
-
Xamneyidən namizədlərə təlimat
«Söz versinlər ki, ölkə problemlərinin həllini ölkə sərhədlərindən kənarda axtarmasınlar»
-
«Heç kimi dəstəkləməyəcəyik»
Əhmədinejad və Bəqayi birgə bəyanat yayıb
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad aprelin 16-da Amerikanın «Assoşeyted Press» agentliyinə müsahibəsində prezidentliyə namizədliyini irəli sürməsinin səbəbindən danışıb.
Əhmədinejad bildirib ki, o prezidentliyə namizədliyini, öz komandasından olan digər namizəd, Həmid Bəqayiyə dəstək vermək üçün irəli sürüb: «Lakin mən Bəqayiyə dəstəyimin təfərrüatı haqda hələlik məlumat verə bilməyəcəyəm. Bu, şəraitdən, məkandan və zamandan asılıdır».
Prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl İranın dini lideri ilə görüşüb-görüşmədiyi ilə bağlı sualı cavablandırmaqdan imtina edən Əhmədinejad, seçkilərə qatılmayacağı barədə Xamneyiyə verdiyi sözə sadiq qalıb-qalmadığı məsələsinə də toxunub: «Ölkədə vəziyyət və şərait artıq tamamilə dəyişib».
Əhmədinejad, aprelin 12-də Daxili İşlər Nazirliyinə gedərək prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.Əhmədinejadın Xamneyiyə verdiyi sözə baxmayaraq namizədliyini irəli sürməsi, hamı üçün gözlənilməz olub.
Əli Xamneyi 2016-cı il, sentyabrın 26-da tələbələrinə keçdiyi «xaric-fiqh» dərsində Əhmədinejadın növbəti prezidentliyə yenidən namizədliyini irəli sürməsinə müxalif olduğunu bildirmişdi: «Ağalardan birisi (Əhmədinejad) yanıma gəlmişdi. Mən isə bəzi mülahizələrə görə ona dedim ki, yaxşısı budur ki, siz prezident seçkilərinə qatılmayasınız. Mən ona əmr etmədim və demədim ki, namizədliyinizi irəli sürə bilməzsiniz. Sadəcə olaraq dedim ki, mən bunu məsləhət görmürəm. Ona bildirdim ki, ölkənin indiki həssas durumunda sizin namizədliyinizi irəli sürməyiniz, həm sizin, həm də ölkənin ziyanınadır. Çünki bu addım, ölkədə ikiqütblülük yaranmasına gətirib çıxarar. Bu isə ölkəyə ziyandır».
İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da keçiriləcək.