vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
22:15 | 3 may 2017 | Çərşənbə Məqaləyə 1999 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Talançının nəvəsi edam ayətullahının seçki qərargahında

Güney azərbaycanlılar bu təyinatdan ciddi narahat olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən əsrin əvvəllərində Azərbaycan türklərinin qətliamına fərman vermiş talançı İsmail Simitkonun nəvəsi Arman Simitko, İran prezidentliyinə namizəd İbrahim Rəisinin seçki qərargahının əsas məsullarından biri kimi təyin olunub.

Bölgədə PKK və Pejak terror qruplaşmalarının tərəfdarı kimi tanınan Arman Simitkonun prezidentliyə namizədin seçki qərargahına cəlb olunması azərbaycanlıların narahatlığına səbəb olub.

Məlumata görə, edam ayətullahı adlanan İbrahim Rəisinin Qərbi Azərbaycan Seçki Qərargahının rəisi Nəsrullah Əsədullahi, Arman Simitkonu vilayətin mərkəz və şimal bölgələrində yaşayan etniklərin əlaqələndirmə işləri üzrə məsulu təyin edib. GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, Seyid Əta Hüseyni adlı bir şəxs Bələdiyyə İdarəsindən ona verilən vəddən sonra Arman Simitkonu sözügedən seçki qərargahına təqdim edib və onun səlahiyyətini təsdiqləyib.

Qeyd edək ki, ötən əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında kürd, erməni və asuri dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. İsmail Simitko bu hadisələrdə Azərbaycan türklərinə qarşı qətliam törədən kürd dəstələrinə rəhbərlik edib, onun adı Güney Azərbaycanda qatil, cinayətkar və talançı kimi tarixə düşüb.