vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:17 | 10 avqust 2018 | Cümə Məqaləyə 1471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dollar, mollar ...”

Ərdoğan yastıq altındakı valyutanı dəyişməyə çağırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Ərdoğan Bayburtda yerli sakinlər qarşısında çıxışı zamanı bir daha ölkənin milli valyutasının dəyər itirməsi probleminə toxunub, əhalini “yastıq altında saxladıqları dollarları çıxarıb dəyişdirməyə çağırıb”.

“Dollar, mollar bizim yolumuzu kəsə bilməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm,yastığının altında dolları, valyutası, qızılı olan varsa Türk Lirəsi ilə dəyişsin. Bu yerli və milli mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə millətimin cavabı olacaq. Bu gün də deyilsə bəs nə zaman? Yerli paramızla bunların cavabını verək”, - Ərdoğan bildirib.


***


Maliyyə naziri və Ərdoğanın kürəkəni Berat Albayrak isə bu dəqiqələrdə hökumətin yeni iqtisadi qənaət proqramını açıqlamayır. Proqrama əsasən büdcə xərclərində 35 milyard TL həcmində qənaət nəzərdə tutulur.


***


Türkiyədə bu gün səhər saatlarında 6 lirəni keçən ABŞ dolları hazırda bir qədər geriləyib və bir neçə saat təqribən 5.9 lirə səviyyəsində qalıb. Lakin saat 16:30 radələrində əvvəl yenidən 6 lirəni keçib. ABŞ prezidenti Donald Trampın gomrük tarifi ilə bağlı tvitindən sonra isə lirə dollar qarşısında necə deyərlər uçub. Bakı vaxtı ilə saat 17:30-da 1 Dollar 6.7844 lirəyə bərabər olub. Ümumilikdə bu gün lirə 22 faizdən çox ucuzlaşıb.