vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
11:32 | 28 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 1370 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maduro qaçır?

Venesuela prezidentinin sərvətinin daşıdığı deyilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela prezidentinin sərvətini ölkədən çıxarması barədə sensasion faktlar meydana çıxıb.

Məlumatlı mənbələrin sosial şəbəkələrdə yayılmış məlumatlarına əsasən, dünən gün ərzində ölkənin paytaxtı Karakas şəhərinin hava limanından bir neçə biznes-jet tipli təyyarə Qəraib dənizi hövzəsinə tərəf uçub. Güman edildiyinə görə, yarı yolda ötürücülərini söndürmüş təyyarələr Kubada yerə eniblər.

Yerli mənbələr bildirir ki, həmin jetlərə qızıl külçələr birbaşa zirehli hərbi maşınlardan doldurulurmuş. Ekspertlərin fikrincə, prezident Maduro sərvətini ölkədən çıxarmağa qərar verib. Onun özünün hələlik ölkə ərazisində olduğu qeyd olunur.

Xatırladaq ki, Venesuelada parlament spikeri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Bundan sonra ABŞ və bir sıra digər ölkələr Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. Avropa İttifaqı prezident Nikolas Maduroya ultimatum verərək, onun bir həftə ərzində ölkədə növbədənkənar seçkilər keçirməsini tələb edib. Dünən Maduro Aİ-yə müraciət edib və ultimatumu geri götürməyi xahiş edib.

Dünyanın ən zəngin neft yataqlarına malik bu Latın Amerikası ölkəsində vəziyyət son dərəcə gərgin olaraq qalmaqdadır.