vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
12:40 | 4 mart 2019 | Bazar ertəsi Məqaləyə 2100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AKP-nin “fatihə”si

Sabiqlər Ərdoğanın partiyasına qarşı birləşirlər

Stanislav TARASOV, regnum.ru

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin “Sözcü” qəzeti xəbər verir ki, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu “Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş ağırçəkililəri tərəfindən” yaradılacaq yeni siyasi partiyanın lideri olmağa hazırlaşır. Keçmiş nazirlər Əli Babacan, Məhməd Şimşək və Nihad Ərgünün adları çəkilir. Nəşr iddia edir ki, AKP-nin indiki on deputatını tovlayıb aparmaq üçün onlarla danışıqlar gedir.

Nəşrin məlumatına görə, yeni partiyanın yaradıldığı martın 31-ə nəzərdə tutulmuş yerli seçkilərdən sonra elan olunacaq, rəsmən isə sentyabrda formalaşdırılacq.

Bu məlumatda xeyli qəribəlik var, bir çox baxımdan informasiya tullantısına oxşayır. Hər şeydən əvvəl, Türkiyədə növbəti seçki silsiləsi başa çatdığı üçün – erkən prezident və parlamanet seçkiləri keçirilib, ölkə parlament idarəçilik formasından prezidentliyə keçib. Buna görə də “Davudoğlu partiyası”nın meydana çıxması gələcəyə nəzərdə tutulan müəyyən siyasi proseslərin altına hansısa təşkilati özül qoymaq cəhdi kimi qavranılır.

Ya da başqasıdır: hakimiyyət Davudoğlu və tərəfdarlarını müəyyən addımlardan çəkindirmək üçün bilərəkdən “sızma” təşkil edib. Amma Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bu haqda açıqlaması olmasaydı, qəzetin dərcinə bütünlükdə diqqət verməmək olardı: “Deyəsən, AKP sıralarında olmaqdan xoşlanmayan adamlar var, özlərinə yeni yer axtarırlar. Haçansa bir yerdə başladığımız fəallar indi düşərgəni dəyişmək qərarına gəliblər”.

Yada salaq ki, Davudoğlu 2017-ci ilin sonunda özünü ictimai şəkildə ifadə etmək, mühazirələr oxumaq və İstanbulda Mərmərə universitetində özünün yeni “Dur” kitabını təqdim etmək niyyətini bildirəndə ona rədd cavabı verilmişdi. Mətbuat iddia edirdi ki, keçmiş baş nazirin işində istefasının detalları meydana çıxıb və hakim partiyanın içində var olan ciddi problemlər göstərilib.

Davudoğlu özəlliklə 2016-nın maynda otralığa çıxan “Pelikan Dosyesi”ndən danışıb. Onda iddia olunur ki, baş nazir Ərdoğana qarşı Qərblə dilbirliyə girişib. Davudoğlu deyib: “Təəssüf ki, bu hücum partiya daxilindəki bir çox simalara qarşı edilib… Dostlarımızın bu məsələyə görə susması məni hər şeydən çox məyus etdi. Bu, nüfuz intiharı oldu”.

AKP-nin müttəfiqi Millətçi Hərəkat Partiyasının liderlərindən biri Səmih Yalçın sonradan bildirib ki, baş nazir “siyasi meyitdir” və onu bölgənin gerçəkliklərinə məhəl qoymayan “qeyri-milli yeni osmançılıq siyasəti” aparmaqda ittiham edib.

Davudoğlunun istefa anından üç il keçib. Bu müddətdə Türkiyə KİV-lərində hökumətin keçmiş başçısı və prezident arasında qarşılıqlı münasibətlərin necə formalaşdığı haqda xeyli məlumat meydana çıxıb. Bu məlumatlara əsasən, Davudoğlu durumdan istifadə etməklə “saray çevrilişi” etmək şansına malik idi, ya da hazırlayırdı – o zaman qüvvədə olan Anayasaya əsasən, ölkədə bütün hakimiyyət prezidentə deyil, baş nazirə məxsus idi. O, prezident idarəçilik formasına keçidi sözdə, ictimai şəkildə dəstəkləyib. Amma fakt üzrə AKP-nin nəticədə 330 mandatla (yalnız 317-i əldə etdi) yeni Anayasa üzrə referendum keçirməyə gərək olan parlament çoxluğunu əldə edə bilmədiyi 2015-ci il parlament seçkilərindən sonra Davudoğlu koalisiya hökuməti qurmaq məqsədilə müxalif partiyalarla pərdəarxası dialoqa girib. Məqsəd AKP-ni aparat yoluyla hakimiyyətdən uzaqlaşdırmaq idi. O habelə kürd problemində oynamaqla və hakimiyyətin yüksək çevrələrində korrupsiya haqda açıq araşdırma aparılmasını israr edərək hakim partiyada parçalanma aparıb, söz azadlığı və demokratiya prinsipləri və s. tələb edib. Amma uduzub. Davudoğlu 2016-nın mayında partiyanın erkən qurultayında partiya başqanı postundan gedib və hökumət başçısı vəzifəsindən istefa verib. Türkiyənin “Cümhuriyet” qəzetinin yazdığı kimi “Davudoğlu artıq keçmiş prezident Abdulla Gül daxil olmaqla 50-dən çox siyasətçinin sayıldığı “uduzanlar klubu”nun siyahısını artırıb”.

Prezidentin ən yaxın silahdaşları sırasına daxil olan, AKP-nin qurucularından olan keçmiş nəqliyyat naziri Binəli İldırım baş nazir təyin edilib. O, Türkiyənin prezident respublikasına dəyişilməsini dəstəkləyib, parlamentin spikeri olub. Amma İldırım indi İstanbul meri seçkilərinə qatılmaq bəhanəsilə bu vəzifədən gedib (ya da uzaqlaşdırıblar). Fikrimizcə, bu, AKP daxilində siyasi çarpışmanın sürdüyünə işarədir, əlbəttə, bu haqda Davudoğluna yaxşı məlumdur. Lakin o, Ərdoğana rəqabət təşkil etməyi bacararmı?

Türkiyənin aparıcı araşdırıclarından biri, Yıldrım Bəyazid universitetində tarix fakültəsinin dosenti və müəllimi, doktor Salih Yılmazın dediyi kimi, Davudoğlu dövlət vəzifələrində özünün akademik obrazını belə də dəyişdirə bilməyib, müxtəlif auditoriyalarla “müəllim-şagird” prinsipiylə ünsiyyətdə olub, gərəkli siyasi auranı qazanmayıb. Onun sözlərinə görə, “Davudoğlunun siyasi problemlərinin səbəbi onun akademik təbiətidir”, çünki “baş verənlərə akademik və siyasi baxış arasında fərq var”.

“Yeni osmançılıq” ideyasının praktik gerçəkləşdirilməsi vasitəsilə yeni Türkiyənin biçimlənməsində böyük töhfə keçmiş nazirin ayağına yazılır, halbuki başqaları bunu güclü nüfuza və Türkiyə əhalisi arasında avtoritetə malik olan Ərdoğanın xarizmasına bağlayırlar. Bununla yanaşı, Davudoğlu AKP-nin birliyinə zərbə vurmaq, hakim partiyanın aparıcı konstruksiyasının strukturunu dəyişməyə cəhd etmək şansına malikdir. Və deməli, onun gələcəyini dəyişməyə və lider olmağa qabildir. Amma bu, Ərdoğanla, ya da başqalarıyla, ola bilsin, keçmiş partiya yoldaşlarıyla açıq münaqişəyə girməyin təhlükəsiz olmadığı yalnız müəyyən şəraitdə baş verəcək. İş hələlik bu yerə çatmayıb. Hələlik Davudoğlunun manevrləri Ərdoğanı yalnız qıcıqlandırmağa başlayır, amma ciddi narahat etmir. Bəs sabah nə olacaq?