vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
11:48 | 11 mart 2019 | Bazar ertəsi Məqaləyə 2207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə seçki gərginliyi

Rəqabət etik sərhədləri aşır

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulda 8 mart yürüşü zamanı qadınların azanı fitə basdığı iddia olunur. İddianı prezident Ərdoğan ortaya atıb və bu məsələdə CHP ilə HDP-ni hədəf göstərib.

Bu, cənab Ərdoğanın dəfələrlə sınaqdan keçirdiyi və bugünədək ona uğur qazandırmış üsuldur: xalqı qütbləşdirib, qarşı-qarşıya qoyaraq buradan siyasi divident götürmək. Türkiyə əhalisinin əksəriyyəti (təxminən 65 faizi) sağçı-mühafizəkardır və xalqı iki hissəyə ayırıb barrikadaların əks tərəflərinə yığanda bu geniş hovuzdan səsləri asanlıqla toplamaq olur. Türkiyəni izləyənlər bilir, bu qəbildən olan ən məşhur yalan “Kabataş olayı”dır. Bu təhlükəli uydurmanı mən nasistlərin “false flag” metodu ilə Polşaya hücum üçün bəhanə kimi yararlandığı “Gleivitz əməliyyatı”na bənzədərdim.

Hekayə belədir ki, 2013-cü ildə Gəzi hadisələri zamanı guya İstanbulda, Kabataşda bir qrup aksiya iştirakçısı çılpaq kişi AKP-li Bahçelievler bələdiyyəyə başkanının başı örtülü gəlinini yolda tutub yerə yıxaraq, sürüyüblər, qadın huşunu itirdikdən sonra təhqir edib gediblər. Bu iddia Ərdoğan və yandaş media tərəfindən aylarla gündəmdə saxlanıldı, sonra məlum oldu ki, yalandır, belə bir hadisə baş verməyib.

İndi də növbəti seçki ərəfəsində sağçı elektoratı sistem dəyişikliyi ilə ölkənin altını üstünə çevirmiş və iqtisadi iflasın astanasına gətirmiş bədnam “Cümhur İttifaq”ı (AKP-MHP) ətrafında səfərbər etmək üçün “kutsal azanımız ıslıklandı” insinuasiyası ortaya atılıb. Dünən axşam radikal dinçilər bununla əlaqədar Taksimdə yürüşə çıxdılar. Amma bu dəfə hökumətə yaxın bəzi jurnalistlər və yazarlar dözməyərək etiraz səslərini ucaldıblar. Onlar feministlərin azanı deyil, aksiyaya müdaxilə edən polisləri fitə basdığını bildirərək insanları ölkədə vətəndaş qarşıdurması yaratmağa çalışan çevrələrin təxribatına uymamağa çağırıblar. Bu şəxslər hesab edir ki, prezident də qəsdən bu yalana inandırılıb.

Maraqlıdır, sabah ölkədə dindar-laik, sağ-sol zəminində vətəndaş qarşıdurmaları, toqquşmalar başlasa, buna görə kim məsuliyyət daşıyacaq? Dövlətin təhlükəsizliyi, millətin güvənliyinə görə məsuliyyət daşıyan ölkə rəhbəri tərəfindən sırf səs qazanmaq üçün bu cür təhlükəli gərginliyin körüklənməsi özlərinin çox bəhs etdiyi “beka şorunu” yaratmaq deyilmi?

Başqa bir hadisə isə CHP-nin Ankara bələdiyyə başqanlığına namizədi Mansur Yavaş haqqında gülünc iddia (çek-sənəd işi) əsasında cinayət işi açılmasıdır. Bütün rəy sorğularında M.Yavaş açıq fərqlə öndədir. (Yeri gəlmişkən, İstanbulda da Əkrəm İmamoğlu yaxşı performans göstərir.) Paytaxtı itirmək AKP-nin 17 illik idarəçiliyi dövründə alacağı ən ağır siyasi zərbə olacaq. (Eləcə də cib müxalifəti MHP-nin.) İndi bunu əngəlləmək üçün, bizim xalqın dilində desək, özlərini axırıncı yola qoyublar.