Ankara üzərinə düşəni edir ...
Dünyada Putinlə dialoqu davam etdirmək istəyən az lider qalıb
ELXAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Moskva ilə Kiyev arasında Fransa və Almaniya vasitəçi olmağa çalışırdı. Fransa prezident Emanuel Makron gah Moskva, gah da Kiyevə gedir, müharibənin qarşısını almağa çalışırdı. Ancaq Rusiya prezidenti nə fransalı həmkarını, nə də Almaniyanın kanslerini eşidirdi. Müharibə başladıqdan sonra Makron savaşı dayandırmaq üçün yenə bir neçə dəfə cəhd etdi. Ancaq onun vasitəçiliyi yenə nəticə vermədi. Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu dəfələrlə bildirsə də, Kreml sahibi hər dəfəsində imtina edirdi. Putin Makronla son telefon söhbətində görüş üçün elə ağır şərtlər irəli sürdü ki, Fransa prezidenti anladı ki, onun vasitəçiliyindən nəticə hasil olmayacaq.
Növbə Türkiyəyə çatıb. Antalyada xarici işlər nazirlərinin iştirakı ilə ənənəvi beynəlxalq konfrans keçiriləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva və Kiyevlə günlərdir telefon diplomatiyası həyata keçirir. Nəticə var. Ukraynanın və Rusiyanın xarici işlər nazirləri Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada görüşəcəklər. Buna baxmayaraq, Antalyadakı danışıqlardan müsbət nəticə gözləmək çətindir. Hər halda Ankara üzərinə düşəni edir, müharibəni dayandırmağa çalışır və beynəlxalq aləm Türkiyənin necə fəal olduğunu müşahidə edir. Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan İstanbulda Rusiya və Ukrayna prezidentlərini də görüşdürmək istəyir. Vladimir Zelenskinin Ərdoğana böyük rəğbəti var, onu qərbli həmkarlarından üstün tutur. Vladimir Putin də Ərdoğanla dialoqu davam etdirir. Çünki Kreml sahibi anlayır ki, dünyada onunla dialoqu davam etdirmək istəyən az lider qalıb. Bunlardan biri Ərdoğandır. Ona görə də Putinin Ərdoğana “yox” deməsi çətindir. Mümkündür ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada görüşündən sonra bu iki dövlətin lideri İstanbulda bir araya gəlsinlər. Ancaq nə qədər ki, Putin Ukraynaya qarşı ultimatumlar irəli sürür, onun Zelenski ilə görüşündən nəticə çıxacağını proqnozlaşdırmaq çətindir.
Bu arada, Çin də vasitəçi olmaq istəyir. Çinin xarici işlər naziri Van İ martın 7-də Pekində keçirdiyi mətbuat konfransında Moskva ilə Kiyev arasında vasitəçiliyə hazır olduğunu bildirib. Çin Rusiyanın strateji tərəfdaşıdır və Ukraynaya hərbi müdaxiləni pisləməyib, əksinə baş verənlərə görə Qərbi ittiham edir. Belə olan halda Kiyev Pekinin vasitəçiliyini necə qəbul edə bilər? Pekin sadəcə “vasitəçi ola bilərəm” təklifi ilə beynəlxalq aləmdə çəkisini artırmağa çalışır.