“Bir kəmər, bir yol”a alternativ
Özbəkistan Rusiyadan asılı olmaq istəmir
“Atlas” Araşdırmalar Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
-
3 İran hərbçisi öldürülüb
Pakistanla sərhəddə silahlı insident
-
Səhiyyə işçilərinə silahlı hücum
2 nəfər həlak olub
-
İslamabad gözyaşlarına inanmayacaq
Pakistan separatçılara qarşı sərt tədbirlərə qərar verdi
-
Bəlucistanda 37 terrorçu öldürülüb
Pakistan Talibanı pəncablıları hədəf alıb
-
Külündən doğan “Simurq”
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
-
Terrorçular motosiklet partlatdı
Ölənlər və yaralananlar var
-
Polis zabiti güllələnib
İranda daha bir yüksək vəzifəli məmura sui-qəsd
-
Polis konvoyu pusqu düşüb
Pakistanın cənubunda 11 polis əməkdaşı öldürülüb
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Güclü yağışlar can almaqda davam edir
209 nəfər həlak olub
-
“Xarici fitnə”
Pakistan ordusunun Talibana verdiyi yeni ad
-
Uçurumun kənarında
Pakistan ABŞ-ın Əfqanıstandan çıxarılmasının üçüncü ildönümü səhnəsinə necə baxır?
-
Tayfa davasında faciə
Torpaq səbəbindən başlayan qarşıdurmada çoxlu insan ölüb
-
Özbək kinosuna üçgünlük baxış
Aktual, düşündürücü, vacib mövzular ...
Ukraynada müharibə davam edərkən bır sıra ölkə müxtəlif hədəfləri reallaşdırmağa çalışır. Misal üçün Özbəkistan Hindistandan 140 tonluq yükün gəlişini gözləyir. Bu Daşkənd üçün vacibdir. Çünki Hindistandan çıxan yük Pakistan və Əfqanıstan üzərindən Özbəkistana çatdırılacaq. Bu Hindistan, Pakistan və Əfqanıstandan Özbəkistana uzanan ilk dəhlizdir. Hindistanın Mumbay şəhərindən çıxan yük dənizlə Pakistanın Karaçi şəhərinə çatdırılacaq, oradan maşınlarla Əfqanıstana və son mənzil Özbəkistana daşınacaq.
Bu çox mürəkkəb dəhlizdir. Bu dəhlizin işə düşməsi bölgə ölkələrinin uğuru sayıla bilər. Birincisi, Hindistanla Pakistan arasında münasibətlərdə illərdir gərginlik hökm sürür. İkincisi Əfqanıstanda Taliban qruplaşması hakimiyyətdə olması əlavə suallar yaradır.
Buna baxmayaraq, Özbəkistan bu ölkələrdən keçən dəhlizi işlək vəziyyətə salmağa müvəffəq olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyev mart ayının əvvəlində İslamabadda Pakistan prezidenti İmran Xanla görüşüb. Prezidentlər bir neçə ölkəni birləşdirən dəmiryolu xəttinin tikintisini müzakirə ediblər. Özbəkistan bu dəmiryolu vasitəsilə Pakistan və Hindistanın limanlarına çıxmağı hədəfləyir. Bu baş tutarsa Özbəkistanın dünya bazarlarına çıxışı şaxələnəcək.
Özbəkistan zəngin ölkədir, yalnız Rusiya və Çin bazarından asılı olmaq istəmir. Daşkənd Rusiyanın Ukraynada apardığı işğalçı siyasəti dəstəkləmir, tam əksinə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq Özbəkistan Rusiyaya müxtəlif məhsullar ixrac edir, vətəndaşları Rusiyada ən ağır işlərdə çalışırlar, bu əlavə gəlir mənbəyidir. Daşkənd Kremlin ona təzyiqini artıracağından ehtiyatlana bilər. Bu məqsədlə Özbəkistan iqtisadi imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyub.
Çin müttəfiqi Pakistan üzərindən keçən dəhlizlərdən istifadə edir. Çin Əfqanıstanla da əməkdaşlıq edir. Hindistan Taliban hakimiyyətə gəlmədən əvvəl Əfqanıstana xeyli investisiya qoymuşdu. Dehlinin radikal Talibana qarşı münasibəti mənfi idi. Əfqanıstanın Pakistanla ittifaqı heç zaman Hindistanın maraqlarına cavab verməyib. Taliban qruplaşmasının isə bir sıra hallarda Pakistanla münasibətlərində suallar yaranıb. Bu Hindistanın maraqlarına cavab verir. Ona görə də Dehli Talibanla bağlı siyasətini dəyişib və bu qruplaşma ilə təmaslara başlayıb. Digər tərəfdən Dehli Əfqanıstan üzərindən Mərkəzi Asiya ölkələrinə dəhliz imkanı əldə edib.
Dehli Pekinin “bir kəmər, bir yol” layihəsi ilə rəqabət aparmaq istəyir. Hindistanla Mərkəzi Asiya ölkələri arasında mütəmadi dialoq formatı 2018-ci yaranıb. Bu ölkələrin xarici işlər nazirlərinin ilk sammiti Özbəkistanın Səmərqənd şəhərində keçirilib. Dehlinin məqsədi aydındır, Çinin bölgədə tək hakim olmasını istəmir. Ancaq Çin bölgə ölkələrinə böyük yatırımlar qoyur. Əgər Hindistan da Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsini istəyirsə, Çin kimi bölgəyə yatırımlarını artırmalıdır.