vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:38 | 1 sentyabr 2024 | Bazar Məqaləyə 244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəlucistanda 37 terrorçu öldürülüb

Pakistan Talibanı pəncablıları hədəf alıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Pakistan ordusu Bəlucistan əyalətində mülki əhalini hədəf alan silahlı hücumdan sonra əməliyyatlarda 37 yaraqlının öldürüldüyünü açıqlayıb. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin (ISPR) verdiyi açıqlamada qeyd olunub ki, ordunun həftənin əvvəlində bölgəni yaraqlılardan təmizləmək üçün Bəlucistan və Hayber Paxtunxva əyalətlərində başlatdığı hərbi əməliyyatlar davam edir.

Açıqlamada Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Tirah vadisində gecə saatlarında 12 yaraqlının öldürüldüyü, iki vilayətdə davam edən əməliyyatlarda indiyədək zərərsizləşdirilən yaraqlıların sayının 37-yə yüksəldiyi bildirilib.

Digər tərəfdən qarşıdurmalarda 14 təhlükəsizlik əməkdaşının həlak olduğu da qeyd olunub.

***

Avqustun 26-da Bəlucistanın Musaxel rayonunun Raraşam bölgəsində yolu bağlayan silahlı şəxslər sərnişinləri avtobus və yük maşınlarından boşaldıb, şəxsiyyət vəsiqələrini yoxlayıb, sonra isə onlara atəş açıb. Çox sayda avtomobilin yandırıldığı hücumda ən az 23 sərnişinin həyatını itirdiyi açıqlanıb.

Bildirilib ki, yaraqlılar şəxsiyyət yoxlamaları zamanı Bəlucistana işləməyə gələn pəncablıları öldürüblər.

Hadisədən sonra Pakistan prezidenti Asif Əli Zərdari və Pakistanın baş naziri Şahbaz Şərif hadisəni pisləyib və silahlılara qarşı mübarizədə qətiyyət mesajı veriblər.

Bəlucistanın Noşki rayonunda aprel ayında oxşar hücum baş vermiş, Pəncabdan gələn 9 sərnişin terrorçular tərəfindən öldürülmüşdü.

***

Son illərdə Pakistanda oxşar hücumlar artıb. Hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib.

Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edir.

İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası da bu iddiaları rədd edir.