Brüssel sammitinin neftə təsiri
Qara qızıl bazarına təzyiqlər artırır
V.BAYRAMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tətillər bəhrəsini verir
Zavod yenidən işə başlayır, hava limanı isə hələ də bağlıdır
-
“Audi” zavodunda tətil
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
-
... Aylıq yağış rekordu qırıldı
Avqustun tən ortasında ...
-
Putinin qarşısına nə qoyulacaq?
Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü
-
Makron tərəfsiz ola biləcəkmi?
Praqada dördlü zirvə gözlənilir
-
Qarabağda Rusiya-Qərb paradoksu
... Yaxud səfirlərin Şuşa əməliyyatı və Brüssel-Moskva savaşı
-
Faşizm qədər dəhşətli
Əsir azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətləri ...
-
Məlubiyyətin “hıçqırıqları” ...
... Yaxud Brüssel görüşündən gözləntilər
-
Əliyevin bəyanatları ...
... Və Paşinyanın üç auditoriyaya mesajı
-
“Ermənistanın özü üçün təhlükəlidir”
Prezidentdən xəbərdarlıq: ““Status” sözü yeni qarşıdurmalara səbəb olacaq”
-
“Heç bir problem görmürəm”
Armen Qriqoryan: “İşçi qruplar bu məsələdə irəliləyişə necə olacağını müzakirə edəcəklər”
-
Moskva Brüssel görüşlərindən narahatdır
Mariya Zaxarova: "Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamağa çalışmayacaq”
-
Fərruxun azad olunması İrəvanı daha çox narahat edib
“...Bir minanı basdırmaq 3, çıxarmaq min dollara başa gəlir”
-
8 kənd qaytarılır
Türkiyə nəticələrdən məmnundur
-
Gec-tez qəbul edəcəklər
Nəinki dünyanın, regionun da düzəni dəyişib
-
Şarl Mişel İlham Əliyevə zəng edib
Avropa İttifaqı itkin düşənlərin müəyyən edilməsi ilə bağlı dəstək verməyə hazırdır
Bu gün gözlər Brüsseldə olacaq. ABŞ Prezidenti Co Bayden artıq dünəndən Avropanın siyasi paytaxtına gəlib. Bu gün NATO sammitində iştirak edəcək Prezident Bayden “G7” liderləri ilə görüşəcək və Avropa İttifaqının 27 liderinə müraciət ünvanlayacaq. Bu dəfə NATO sammiti yalnız iqtisadi və təhlükəsizlik deyil, həmçinin iqtisadi baxımdan da dünyanın diqqət mərkəzindədir.
Gözlənilir ki, bu gün Brüsseldə Birləşmiş Ştatlar Rusiyaya qarşı 5-ci sanksiyalar paketini elan edəcək. Bu paket Rusiya və eləcə də dünya iqtisadiyyatı üçün daha təsirli ola bilər. Belə ki, Qərb daha qısa müddətdə Rusiya neftindən imtina niyyətindədir. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsində gedir. Bu Rusiyanın əsas gəlir sahələrindən birini ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, qlobal bazarlarda və dünya iqtisadiyyatında volalitliyi daha da artıracaq.
Görüş başlamasa da artıq dünya bazarı sammitin keçirilməsindən təsirlənib. “Brent” markalı neftin 1 barelinin qiyməti yenidən 120 dollarlıq psixoloji həddi keçərək 122 dollara təklif olunur. Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik investorların qərarlarına təsir göstərir və bu da dünya bazarındakı problemləri daha da dərinləşdirir. Böyük Britaniyada inflyasiya son 30 ildə ən yüksək səviyyəyə çatıb, ABŞ və Avropa İttifaqında istehlak qiymətləri artmaqda davam edir. Eyni zamanda, qlobal bazarda artıq bir sıra məhsulların qıtlığı müşahidə edilir. BMT dünyada aclıq təhlükəsi və yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib.
OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neft bazarına təzyiqləri artırır. Beynəlxalq Enerji Akademiyası da Rusiyan neftinin ixracat taleyi ilə bağlı qeyri-müəyyənlik olduğunu bildirir. Bütövlükdə, neft və eləcə də dünya bazarında nələrin olacağını nəinki ekspertlər, hətta beynəlxalq qurumlar da proqnozlaşdırmaqda tərəddüd edirlər.
Sammitdən öncə NATO Çin üçün də qırmızı xətləri də müəyyənləşdirməyə çalışır. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan açıqlamasında sanksiyalardan Çin və başqa ölkələrin ticari qazanclar əldə etməsini qınayıb. Görünən odur ki, dairə daha da genişlənir və bu heç də son olmayacaq.