

Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada fəal rol oynayacaq təşkilata çevrilməsinin tərəfdarıdır
Ermənistan baş nazirinin Ağ Evdə gizlənməyə üzü qaradır
Onların sayı görünəndən daha çoxdur
... Və Paşinyanın üç auditoriyaya mesajı
Ermənistan Laçın ermənilərinə söz verib
Azərbaycan Prezidenti aparılan işlərlə tanış olub, bir neçə yeni layihənin təməlini atıb
Özbəkistan görüşünün detalları ...
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır
Xarici ticarıt payı nə Azərbaycan, nə də Özbəkistan üçün yetərli deyil
Yaşadıqlarımızdan çıxardığımız nəticələr qalib gəlməyin yeganə yolunu bizə öyrətdi
Son illər idxal və ixracda artım gedir
“Sərkisyanın müxalifəti” özünü buraxır
Bir sorğunun üzə çıxardığı gerçək
Avropanın neft-qaz təchizatı Azərbaycandan asılıdır
Prezidentdən xəbərdarlıq: ““Status” sözü yeni qarşıdurmalara səbəb olacaq”
Rusiyanın üç aydan çoxdur Ukraynada apardığı müharibə həm Dağlıq Qarabağda döyüşlərin yenidən qızışacağı sarıdan qorxu, həm də tərəflərin diplomatiya ilə sülhə yaxınlaşacağına ümid yaradır. Beynəlxalq Böhran Qrupu mayın 25-də Avropa İttifaqını (Aİ) və üzv ölkələri diplomatik səyləri sürətləndirməyə, eyni zamanda Moskvanın münaqişənin həllindəki rolunu saxlamağa çağırıb.
Qurum Bakı ilə İrəvan arasında danışıqların vəziyyəti sakitləşdirdiyini, tərəflərin sülh yoluyla həlli istisna etmədiyini vurğulayır. Ancaq bir çox əsas məsələlər üzrə fikir ayrılığı qalır. Aİ yekun həllə maliyyə və texniki dəstəyi göstərəcəyini bildirməklə durumu müsbət istiqamətə yönləndirə bilər, qurum qeyd edir.
***
Azərbaycan və Ermənistan liderləri bu günlərdə Brüsseldə Aİ-nin vasitəçiliyi ilə bir araya gəlib, görüşdən bir gün sonra sərhədlərin delimitasiyası üzrə komissiya yaradıblar. Artıq komissiya sədrlərinin ilk görüşü də keçirilib.
Aİ-nin ata biləcəyi konkret addımlara gəlincə, qrup qeyd edir ki, Brüssel hər iki tərəflə işləyərək gələcək danışıqların formatını və gündəmini müəyyənləşdirməlidir. Spesifik məsələlər üzrə daimi işçi qruplar işləməlidir. Brüssel iki ölkəyə ümumi sərhədlərlə bağlı ziddiyyətləri yoluna qoymaqda kömək etməlidir, özəlliklə də 2020-ci ildə müharibə bitəndən sonra toqquşmaların baş verdiyi Azərbaycanın Kəlbəcər və Ermənistanın Göyçə mahalı bölgələrində.
***
“Ukraynadakı müharibənin Moskva ilə Avropa arasında gərginliyi artırmasına baxmayaraq, Aİ Rusiyanın Ermənistanla Azərbaycanın münaqişəsinin həllinə yönəlik cəhdlərini dəstəkləməli, Rusiyanın vasitəçilik cəhdlərini önləmək kimi görünə biləcək addımlardan çəkinməlidir”, – Beynəlxalq Böhran Qrupu vurğulayır.
Təşkilat qeyd edir ki, Rusiyanın diqqəti hazırda Ukraynadakı müharibəyə yönəlsə də, Cənubi Qafqaza Brüssel, yaxud Vaşinqtondan daha çox diqqət ayırır. Hər iki ölkənin ticarət tərəfdaşı olaraq regionda təzyiq vasitələrinə malikdir.
Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra Qərbin sanksiyaları ilə üzləşib.
Moskva artıq Brüsselin Dağlıq Qarabağ danışıqlarında vasitəçiliyinə reaksiya verib. XİN-in sözçüsü Mariya Zaxarova Brüsseli indiyədək danışıqlarda Rusiyanın irəli sürdüyü təklifləri öz adına çıxmaqda suçlayıb.
Böhran qrupu Azərbaycan qüvvələrinin martda Fərrux yüksəkliyini tutmasını xüsusilə əhəmiyyətli hadisə adlandırır. Azərbaycan bununla 2020-ci il atəşkəs razılaşmasını pozmadığını, kəndin onun beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bildirib. “Fərrux strateji nöqtədə yerləşdiyindən İrəvan və separatçılar Bakının irəliləmək qərarı verməsindən narahat olub”, – qurum bildirir.
***
Beynəlxalq Böhran Qrupu qeyd edir ki, regionun ən böyük donoru olan Aİ ölkələrin ən vacib sosial-iqtisadi problemlərinə maliyyə yardımı göstərməyə, tərəflər sülh yoluyla həllə nail olarlarsa, məcburi köçkünlərin ehtiyaclarını qarşılamağa hazır olduğunu aydın bildirməlidir. Eyni zamanda münaqişə zonalarında torpaq minalarının və partlamamış sursatın təmizlənməsinə maliyyə gücləndirilməlidir.
Qurum bildirir ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsində Aİ-nin dəstəyindən yararlana bilər: “Minalardan təmizləmə bahalı işdir. Azərbaycanda yerli orqanlar deyirlər ki, minanı basdırmaq 3, çıxarmaq min dollara başa gəlir. Aİ minalardan təmizləmə üzrə donor konfransının təşkili, digər dəstək proqramlarının tapılmasından ötrü Azərbaycanla işləyə bilər”.