Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:57 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 1298 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Dünən səhər Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya prezidenti Vladimir Putinə əhəmiyyətli hesabat təqdim edib. Hesabat müəllifləri Rusiya Xarici İşlər Nazirliyini poetik şəkildə “qumdakı karton ev” və Ukrayna ilə müharibəyə görə istefa verdiyini açıqlayan BMT-nin Cenevrədəki daimi nümayəndəliyinin əməkdaşı Boris Bondarevin əməlini "ilk qaranquş" adlandırıblar. Hesabat müəlliflərinin fikrincə, Xarici İşlər Nazirliyinin yüzdən çox əməkdaşı “startdadırlar” və “Boris Bondarevin əməlini təkrarlamağa hazırdırlar”. Hesabata Rusiya Xarici İşlər Nazirliyinin yüzdən çox əməkdaşının siyahısı əlavə olunub ki, müəlliflər onların da hər birini hazır “satqın” hesab edirlər. Lavrovu çoxdan bəyənməyən Patruşev bu hesabatı açıq-aşkar məmnuniyyətlə təqdim edib.
Yeri gəlmişkən, Boris Bondarev artıq bir neçə media orqanına, o cümlədən Britaniyanın The Telegraph qəzetinə müsahibə verib və o, Putinin Ukraynanın işğalı əmrindən sonra xaricdə Rusiyanı təmsil etməkdən "iyrəndiyini" bildirib. Həmçinin, nüvə silahının yayılmaması məsələləri ilə məşğul olan Bondarev Rusiya rəsmilərinin bu cür silahların istifadəsi barədə nə qədər boş danışmağa başlamasından “dəhşətə gəldiyini” söyləyib. Bondarevin sözlərinə görə, o, müharibə başlayandan sonra istefa verməyə qərar verən yeganə rus diplomatı deyil. Bondarev deyib ki, onun bir neçə tanışı sakitcə Xarici İşlər Nazirliyindən istefa verib, belə ki, hətta ictimai məkanda döyüşçü ritorikasına sadiq qalanlar da şəxsi söhbətlərində Ukraynadakı amansız müharibədən və Xarici İşlər Nazirliyinin müharibə cinayətləri üçün bəhanələr uydurmaqla məşğul olmasından şoka düşdüklərini etiraf edirlər. “Rusiya prezidenti bu ölkədə yeganə “diplomat” olduğu halda bizim işimizin nə mənası var və o, “daha yaxşı bilir”? – deyə Bondarev bildirib. BBC Rus Xidmətinə müsahibəsində Bondarev ona satqın adlandırılmaqdan qorxduğunu soruşduqda belə cavab verib: “Düşünürəm ki, onlar məni artıq belə hesab edirlər”.
Xarici İşlər Nazirliyinin müxtəlif səviyyəli əməkdaşlarının kütləvi şəkildə ölkədən getməsinin ölkənin beynəlxalq imicinə ciddi zərbə olduğunu başa düşmək üçün böyük analitik olmaq lazım deyil və belə bir vəziyyət həqiqətən də baş verirsə, o zaman daxili siyasi gündəm, ən azı elitalarda, tektonik dəyişikliklərə məruz qalacaq. Putin bu perspektivdən məəttəl qalıb və çox güman ki, yaxın günlərdə Lavrov ciddi söhbətə çağırılacaq. Ancaq söhbət söhbətdir və problemin həlli yolu deyil. Müharibə zamanı Xarici İşlər Nazirliyində təmizləmələr aparmaq Putinin cəsarət edə bilməyəcəyi axmaqlıqdır, xüsusən ona görə ki, hətta repressiya işarəsi belə diplomatik korpusun daha kütləvi şəkildə qaçmasına səbəb olacaq. İstefa arzusunda olan və son iki ildə Putindən ən azı beş dəfə təqaüdə çıxmasını istəyən Lavrovun özü heç nəyi riskə atmır. İndiki zamanda Rusiya diplomatiyası gözlənilməz nəticələri ilə Putini hakimiyyətdə olduğu bütün illər ərzində ən böyük bəla ilə üzləşdirə bilər. Putin Rusiya diplomatiyasını təbliğata çevirərək məhv edib və prezidentin “sərxoş sifətli qadın” adlandırdığı alkoqol düşkünü Maşa Zaxarovanın “Xarici İşlər Nazirliyinin siması” təyin edilməsi isə diplomatlara təhqir kimi görünür. Uzun illər ərzində “yaxın xarici”, yəni, əsasən MDB ölkələrini şantaj etməklə məşğul olan rus diplomatiyası indi özü çıxılmaz vəziyyətlə üz-üzədir. Necə deyərlər, nə əkərsən, onu da biçərsən...