Faşizm qədər dəhşətli
Əsir azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətləri ...
Elçin MİRZƏBƏYLİ, siyasi şərhçi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Azərbaycanın, istər BMT Baş Assambleyası, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində itkin düşmüş ölkə vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələ qaldırılmasına, bununla bağlı müvafiq sənədlərin qəbul olunmasına baxmayaraq, Ermənistan müvafiq beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq, azərbaycanlı hərbi əsir və əsir götürülmüş mülki şəxslərin taleyinə aydınlıq gətirmək istəmir.
Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş mülki və hərbi şəxslərlə bağlı şahid ifadələri, eləcə də araşdırmalar nəticəsində əldə olunan digər faktlar Ermənistanda əsir götürülmüş Azərbaycan vətəndaşlarına qarşı ağlasığmaz vəhşiliklərin törədildiyini, onlara dözülməz işgəncələrin verildiyini, ağır işgəncə və psixoloji təzyiq vasitələriylə iradələrinə zidd olaraq öz ölkələri əleyhinə çıxış etməyə, hətta terrorizmə məcbur edildiklərini sübuta yetirir. Azərbaycanlı əsirlərin hazırda işğaldan azad edilmiş ərazilərimizdə və Ermənistanda müxtəlif mərasimlərdə başlarının kəsilərək qətlə yetirilmələrini, üzərilərində qanunsuz tibbi eksperimentlərin aparıldığını, orqanlarının satıldığını təsdiqləyən çoxsaylı faktlar erməni ultramillətçiliyinin faşizm qədər dəhşətli və amansız olduğunu təsdiqləyir.
Ermənistan əsir götürülmüş azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərə, eləcə də itkin düşmüş şəxslər haqqında məlumatları gizli saxladığına, cinayətkarların məsuliyyətdən yayınmasına şərait yaratdığına görə, Beynəlxalq Humanitar Hüquq və onun tərkib hissəsi olan Cenevrə və Haaqa hüququna, eləcə də Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın müvafiq müddəalarına uyğun olaraq, birbaşa məsuliyyət daşıyır.
Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın birinci maddəsinin 2-ci bəndində qeyd olunur ki, hər hansı istisna hal, istər müharibə vəziyyəti, istər müharibə təhlükəsi, istər daxili siyasi qeyri-sabitlik, istərsə də istənilən fövqəladə vəziyyət məcburi itkin düşməyə haqq qazandıra bilməz.
Sözügedən Konvensiyanın 6-cı maddədə qeyd olunur ki, üzv dövlətlər məcburi itkindüşmə faktını icra edənləri və təhrikçiləri, buna əmr verənləri, prosesdə bu və ya digər şəkildə iştirakı sübuta yetirilənləri cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu o deməkdir ki, Ermənistan əsir götürülmüş və itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarına qarşı cinayət əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunmalarına görə birbaşa məsuliyyət daşıyır və sözügedən konvensiyanı imzalamaqla, həmçinin ratifikasiya etməklə üzərinə beynəlxalq hüquqi öhdəliklər götürüb.
Sözügedən konvensiyanın 9-cu maddəsinə əsasən, üzv dövlət məcburi itkin düşmə ilə bağlı cinayət əməlinə yol verən şəxsi, yaxud şəxsləri ərazisində hüquq pozuntusunun baş verdiyi dövlətin yurisdiksiyasına verməli və ya yurisdiksiyasını tanıdığı beynəlxalq məhkəmə qarşısına çıxarılmalarını təmin etməlidir.
Ermənistanın Azərbaycana və ölkəmizin vətəndaşlarına qarşı həyata keçirdiyi cinayətlər müharibə cinayətlərinin bütün təsnifatını əhatə etdiyi üçün, Cenevrə və Haaqa konvensiyalarının müddəalarının, eləcə də sözügedən cinayətlərin siyahısının təqdim edilməsinə lüzum görmürəm.
Problem ondadır ki, keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Tribunalın fəaliyyətinin başa çatdırmasından cəmi 5 il keçməsinə və ortalıqda müharibə cinayətkarlarının cəzalandırılması ilə bağlı çoxsaylı presedentlərin olmasına baxmayaraq, beynəlxalq birlik, hətta itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsində belə Ermənistana təzyiq göstərmək istəmir.
Amma hər bir Azərbaycan vətəndaşının taleyi dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin tənzimlənməsi müstəvisində aparılan bütün danışıqlarda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələni sülh prosesinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdə itkin düşmüş həmvətənlərimzlə bağlı məsələnin daim gündəmdə saxlanılması da ölkəmizin bu məsələdə nümayiş etdirdiyi israrlı, güzəştsiz mövqenin bariz nümunəsidir.