“Dövlətiniz sizi aldadıb”
Çexiya XİN-dən Rusiya diplomatlarına çağırış
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Şimal axını” qanuni hədəfdir”
Rusiya XİN-in Çexiya prezidenti Pavelin açıqlamasına cavabı: “Terrorçu kimi danışır”
-
Kafkanın dönən başı
Modern heykəlləri ilə məşhur Praqa
-
Benzinin qiyməti tarixi maksimuma çatdı
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
-
Tanklar və PDM-lər
Çexiya Ukraynaya zirehli texnikalar göndərib
-
PYD lideri Praqada həbs edilib
Çexiya Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib
-
Azərbaycan uğrunda rəqabət sərtləşir
Bakı toqquşan maraqların mərkəzində; Rusiya-Qərb çəkişməsi silah bazarına da sıçraya bilər...
-
«Telefonda pul söhbəti etməzlər»
Prosineçki bu gün millimizdən ayrılır...
-
«Rusları bu bazardan sıxışdırmaq üçün ...»
«... Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır»
-
Yenə də beşinci
5-ci pillə Azərbaycan millisi üçün doğmalaşıb
-
«Qollar gəlməli idi»
Yoahim Löv: «Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur»
-
«Hesab 6:3 ola bilərdi»
Robert Prosineçki: «Nəticə bizi qane etməsə də, yaxşı oynadıq»
-
«Siz dəlisiniz?»
Berti Foqts Azərbaycan yığmasına sataşdı
-
«Futbolda hər şey ola bilər»
Robert Prosineçki: «Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək»
-
«Cəmi 3 gün vaxtımız var»
Prosineçki: «Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək»
-
«Mənə zəng etməsinlər»
Kamran Ağayev: «Görəsən, indi utanırlar?»
-
«Uğursuz dezinformasiya cəhdidir»
«Hərbi texnikanın tranzitinə xüsusi icazə olmadan diplomatik kanallar vasitəsi ilə silah daşınması mümkün deyil»
Çexiya XİN Rusiya diplomatlarına onları Ukrayna müharibəsinə dəstək verməməyə çağıran açıq məktub yazıb. “Reuters” xəbər verir ki, məktub aprelin 1-də XİN-in “Twitter” hesabında ingilis və rus dillərində dərc olunub.
“Appeal to Russian colleagues, diplomats, men and women of the Russian diplomatic service. Colleagues, we implore those of you who have a conscience and who maintain the capacity to recognize evil: take yourself out of this circle of accomplices. #StopPutinsLies Appeal — Czech MFA (@CzechMFA) April 1, 2022”
Məktub Rusiyanın yalnız Çexiyadakı deyil, bütün dünya boyunca xidmətdə olan diplomatlarına üznvanlanıb.
Məktubda diplomatlara “həmkarlarımız” deyə müraciət olunur: “Biz siyasi elitanın milli maraqlara zidd hərəkət etdiyini dərk etməyə qabilik. Yəqin bir çoxlarınız dərk etmisiniz ki, dövlətinizin rəhbərliyi sizi aldadıb”.
Məktubda Rusiyanın Ukraynada başlatdığı müharibənin gətirdiyi dağıntılardan, dinc insanların həlak olmasından bəhs olunur.
***
Məktub müəlliflərinin fikrincə, Rusiyada “korrupsiyalaşmış və gerontokratiyaya çevrilən” hakimiyyətin günahı üzündən ölkə “keçmişin qaranlığına” yuvarlanır.
Bu da qeyd olunur ki, Rusiya rəhbərliyini sonda hərbi cinayətlərə görə məsuliyyət gözləyir.
Məktubda rusiyalı diplomatlara “şərə qulluq edənlərin” çevrəsindən çıxmaları və “batmaqda olan gəmini” tərk etmələri üçün “yalvarış” edilir.
Rusiya XİN və Rusiyanın Çexiyadakı səfirliyi məktuba hələ ki, reaksiya verməyiblər.
Çexiya Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı qızğın mübarizə aparan ölkələrdən biridir.
Çexiyanın baş naziri Petr Fiala müdaxilənin əvvəlində Kiyevə səfər edən azsaylı ölkə başçılarından biri olub.
Çexiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinə çoxsaylı və izdihamlı etiraz aksiyaları keçirilir, Ukrayna qaçqınlarına hər cür qayğı göstərilir.