vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
09:43 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanklar və PDM-lər

Çexiya Ukraynaya zirehli texnikalar göndərib

MÖVZU İLƏ ƏLAQƏLİ

Çexiya Respublikası Ukraynaya T-72 tanklarının və BVP piyadaların döyüş maşınlarının (PDM) göndərilməsinə başlayıb. Bu barədə məlumatı Çexiya hərbiyyəsindəki mənbəyə istinadən aprelin 5-də “Reuters” agentliyi verib. Həmin mənbə bundan əvvəl mediada bu barədə yayılan xəbərləri təsdiq edib.

Çexiyanın ictimai televiziyası bundan əvvəl xəbəri “Twitter” videosu ilə birgə efirə vermişdi.

Tvitdə deyilirdi ki, “bu, NATO müttəfiqləri ilə razılaşdırılmış töhfədir”.

Telekanal bildirirdi ki, informasiyanı Çexiya parlamentinin Avropa İşləri komitəsinin başçısı Ondrey Beneşik verib.

“Reuters” yazır ki, Çexiyanın müdafiə icması da tank və PDM-lərin göndərilməsini təsdiqləyib, lakin təhlükəsizlik mülahizələri ilə detalları açıqlamayıb.

***

Müdafiə naziri Yana Çernoçova parlamentə deyib ki, o Ukraynaya göstərilən yardım barədə məlumatı nə təsdiq, nə də təkzib edir: “Mən yalnız sizi əmin edə bilərəm ki, Çex Respublikası Ukraynaya həm ağır, həm də yüngül hərbi avadanlıq köməyi göstərmək üçün bütün imkanlarından istifadə edir”.

Bu arada Çexiya Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Praqa Ukraynaya Rusiyanın təcavüzü başlanandan bəri 1 milyard kronluq (45 milyon dollar) hərbi yardım göstərib.

Sözçü də yardımın detallarını açıqlamayıb.

Bundan əvvəl aprelin 1-də Almaniya Ukraynaya onlarca zirehli texnikanın göndəriləcəyini bəyan etmişdi.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO müttəfiqləri bu həftə keçiriləcək iclasda Ukraynaya daha çox silah-sursat verilməsi məsələsini müzakirə edəcəklər.