vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:05 | 7 aprel 2022 | Cümə axşamı Məqaləyə 509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədən Ukraynaya hərbi ixracat 30 dəfə artıb

Bir il ərzində 59.1 milyon dollarlıq müdafiə malları ixrac edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən illə müqayisədə bu ilin birinci rübündə Türkiyədən Ukraynaya müdafiə avadanlığı və mallarının satışı 30 dəfə artıb.

“Reuters” agentliyi Türkiyə İxracatçılar Assosiasiyasına istinadən yazır ki, bu müddət ərazində Türkiyədən Ukraynaya 59.1 milyon dollarlıq müdafiə malları ixrac edilib.

Halbuki bu rəqəm 2021-ci ilin ilk rübündə 1.9 milyon dollar idi. Bu da xəbər verilir ki, rəsmi məlumatda müdafiə avadanlığının konkret nədən ibarət olduğu açıqlanmır.

Ukrayna son illərdə Türkiyədən 20 ədəd “Bayraktar TB2” döyüş Pilotsuz uçuş aparatları (PUA) alıb. Bu il yanvarın 27-də Kiyev Türkiyəyə daha 16 belə PUA sifariş etmişdi. Bu dronlar Ukraynaya Rusiya ilə müharibənin ortasında, martın əvvəllərində çatdırılıb. Ankara və Kiyev arasında uzun müddətdir sıx müdafiə əməkdaşlığı var.

***

Türkiyə Ukraynanı döyüş dronları ilə təchiz etsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. NATO üzvü Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə dəniz sərhədi var. Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır. Buna baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib.

Bu da xəbər verilir ki, bu ilin ilk rübündə Türkiyənin müdafiə ixracatı 48.6 faiz artıb. Türkiyə 2021-ci ildə 3.2 milyard dollarlıq hərbi avadanlıq ixrac edib. Bu, 2020-ci illə müqayisədə 41.5 faiz artım deməkdir.