vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
10:41 | 9 aprel 2022 | Şənbə Məqaləyə 759 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Satışımız 70 faiz azalıb”

Ukrayna müharibəsinin İstanbulun biznesinə təsiri

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir vaxtlar rusiyalı və ukraynalı alıcılarla dolu olan İstanbul dükanları indi müharibəyə görə əziyyət çəkirlər. Davam edən münaqişə qida və yanacaq qiymətlərinin, o cümlədən mənzil icarəsinin dəyərinin artımına səbəb olub.

Ukraynadakı müharibə qlobal iqtisadiyyata zərbə vurur.

Türkiyənin hər iki müharibə edən ölkə ilə sıx iqtisadi və ticarət əlaqələri var və çətinliyi hiss edir. Qida və yanacağın dəyəri kəskin artıb. Milli valyuta da son aylarda əhəmiyyətli itkilərdən sonra təzyiq altındadır. Satıcılar və turistlərlə dolu olan İstanbulun Laləli ərazisi həmişəkindən daha sakitdir.

Vehbi Aslan, dükan sahibi: “Bizim Rusiya və Ukraynadan alıcılarımız olurdu. Biz onlarla yaxşı işləyirdik. Amma müharibədən sonra iş yaxşı getmir”.

Türkiyə iqtisadiyyatının əhəmiyyətli hissəsi olan tekstil sənayesi xüsusilə risk altındadır. Bu sahənin nümayəndələrinin sözlərinə görə, ukraynalı və rusiyalı alıcılar müharibənin ilk həftələri 200 milyon dollardan çox dəyərdə tekstil və dəri sifarişlərini ləğv ediblər.

Türkiyənin Belarus, Moldova və Rumıniya kimi Avropa ölkələri, eləcə də Qazaxıstan, Özbəkistan və Tacikistan kimi Mərkəzi Asiya ölkələri ilə ticarəti də Ukrayna böhranı nəticəsində zəifləyib. Qızıl və digər əmtəə satıcıları da əziyyət çəkirlər.

Qabriel, Brend qızıl satıcısı: “Rusiyalılar və ukraynalılar bizim alıcılarımızın 70 faizini təşkil edirdi. Müharibəyə görə ukraynalılar artıq gəlmir. Bu bir yana, onlar öz ölkələrini tərk edir. Rublun dəyərsizləşməsinə görə də rusiyalılar gəlməyi dayandırıb. Biz satışlarımızın 70 faizini itirmişik”.

Bu arada Ukraynadan ölkəyə qaçqınlar axını davam edir. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək 60 minə yaxın ukraynalı bu ölkədə sığınacaq tapıb. Münaqişə başlayandan bəri minlərlə rusiyalı da Türkiyəyə daxil olub. Bu, ev qiymətlərinin artımına səbəb olub.

Beknazar Raxmatov, “Easy Booking”: “İnsanlar qiymət artımını hiss edir. Öncələr ayda 100-150 dollara icarəyə mənzil tapmaq mümkün idi. İndi isə qiymət 300-400 dollardır”.

Münaqişənin sonu görünmədiyi bir zamanda Türkiyənin biznes icması bədbindir.

Qabriel, Brend qızıl satıcısı: “Müharibənin davam edib-etməməsindən asılı olmayaraq, gələcək aylar çətin olacaq. Hətta deyilsə ki, müharibə bitib, Ukraynanın yaşadığı dağıntılar və Rusiya iqtisadiyyatının çöküşünün təsirləri hələ bir neçə il hiss ediləcək”.