vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
00:14 | 26 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 615 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öncə Türkiyəyə ...

Quterreş Moskva və Kiyevdən əvvəl Ankaraya səfər edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin baş katibinin ofisinin açıqladığı bəyanata əsasən, Antonio Quterreş gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra isə prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

“Baş katib Ankaraya səfər edəcək və aprelin 25-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək” - deyə, BMT aprelin 23-də bildirib.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits aprelin 18-də Türkiyənin Ukrayna və Rusiya arasında humanitar danışıqların aparılması üçün mühüm ev sahibi ölkə olduğunu deyib.

Quterreş daha sonra aprelin 26-da Putinlə görüşmək və Ukraynada sülhün bərqərar olması üçün nə edilə biləcəyini müzakirə etmək üçün Moskvaya səfər edəcək. Bundan sonra BMT baş katibi aprelin 28-də Kiyevə səfər edərək, prezident Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirəcək.

Zelenski aprelin 23-də Quterreşin Kiyevdən əvvəl Moskvaya getmək qərarını tənqid edərək, burada “məntiq olmadığını” deyib.

“Müharibə Ukraynada gedir, Moskvanın küçələrində cəsədlər yoxdur. Əvvəlcə Ukraynaya getmək, oradakı insanları, işğalın nəticələrini görmək məntiqli olardı”, Zelenski bildirib.

Zelenski aprelin 24-də Türkiyə prezidenti Ərdoğanla Mariupol limanından mülki əhalinin təcili təxliyə edilməsinin zəruriliyi barədə danışdığını deyib.

Ərdoğan Zelenskiyə bildirib ki, Türkiyə Ukrayna və Rusiya arasında danışıqlar prosesi zamanı hər cür köməklik göstərməyə hazırdır.