vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
23:43 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 1777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO kəşfiyyatçı göndərir

AWACS təyyarələri bir neçə uçuş həyata keçirməlidir

vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO növbəti toplantısında Ukraynadakı hadisələri barədə dəqiq məlumat əldə etmək qərarına gəlib.

Bu gün (10 mart) keçirilən iclasda yekun nəticə bu olub ki, AWACS kəşfiyyat təyyarələri Polşa və Rumıniya səmasında uçaraq Ukrayna böhranındakı vəziyyəti müşahidə etsin. Xüsusi qeyd olunub ki, bütün kəşfiyyat uçuşları yalnız NATO dövlətlərinin hava məkanlarında həyata keçirilsin.

Alyans rəsmisinin sözlərinə görə, uçuşları Qaylenkirxen (Almaniya) və Uoddinqton (Böyük Britaniya) hərbi bazalarının təyyarələri və şəxsi heyətləri gerçəkləşdirəcək.

Qurumun sözçüsü həmçinin əlavə edib ki, ilk kəşfiyyat uçuşu bu günlərdə baş tutacaq: «NATO-nun AWACS təyyarələri hazırlıq səviyyəsi ən yüksək olan hərbi birləşmələrdir və an qısa müddətdə hərəkətə keçmək bacarığı var. Biz ilk uçuşun yaxın günlərdə həyata keçiriləcəyini gözləyirik».