vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
09:24 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“O vaxt indiki Ukrayna deyildi”

Merkel: “Putin Avropa İttifaqını məhv etmək istəyir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifəsindən getdikdən sonra ilk dəfə verdiyi geniş müsahibədə Rusiyanın Ukraynaya hücumunu “səhv” adlandırıb: “Bu qəddar, beynəlxalq hüquqa ertinasız hücuma heç cür haqq qazandırıla bilməz. Putinin nifrəti, onun düşmənçiyi demokratik Qərb modelinə qarşı yönəlib. O Avropa İttifaqını məhv etmək istəyir, çünki onda NATO-ya üzvlüyün ilk pilləsini görür”.

Bununla bələ xanım Merkel “Der Spiegel” jurnalisti Aleksander Ozanqla müsahibəsində etiraf edir ki, Qərb Ukraynaya müdaxilənin qarşısının alınması üçün zəruri olan hər şeyi etməyib: “Biz Ukraynada müharibənin qarşısını ala biləcək təhlükəsizlik arxitekturasını yarada bilməmişik. Biz bu barədə də düşünməliyik”.

Lakin keçmiş kansler hesab etmir ki, özünün Rusiyaya münasibətdə yürütdüyü siyasətə görə üzr istəməlidir.

***

Hazırda Angela Merkel Putinə münasibətdə çox yumşaq mövqe tutduğuna, Minsk razılaşmaları da daxil daim Rusiya ilə kompromislərə can atdığına görə sərt tənqid olunur.

Keçmiş kansler israr edir ki, o Putinlə danışıqlarda sadəlövh olmayıb. O hesab edir ki, Rusiya ilə Ukrayna arasında münaqişənin çözülməsi üçün edilən cəhdlərə haqq qazandırıla bilər: “Diplomatiya yalnız işə yaramadığına görə yanlış sayıla bilməz”.

Xanım Merkel eyni zamanda etiraf edib ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə daha sərt reaksiya verilməli idi. O bildirib ki, “hərbi çəkindirmə Putinin anladığı yeganə dildir”.

***

Keçmiş kansler habelə 2008-ci ildə Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə qarşı çıxmasının səbəblərinə də toxunub: “Bu, bizim indi gördüyümüz Ukrayna deyildi. O Yanukoviç və Yuşşenko arasında siyasi baxımdan parçalanmışdı. Bu, daxili stabil demokratiyası olan ölkə deyildi”.

Bundan başqa Merkelin sözlərinə görə Ukrayna və Gürcüstanın NATO üzvlüyü Putinin nəzərində “müharibə elan edilməsi” kimi qiymətləndirilərdi və keçmiş kansler bunu istəmirdi.

Ukrayna 2008-ci ildə alyansın Buxarest sammitində özünün “NATO üzvlüyü üçün hərəkət planına” daxil edilməsini rica edəndə Almaniya və Fransa buna qarşı çıxmışdlar.

Ukrayna prezidenti Vladimir Zelenski ötən apreldə Merkeli Rusiyada “Ukraynanın onun nəzarətində qalacağına dair özünəinam yaradan səhv” buraxmaqda ittiham etmişdi.

Lakin Merkel düşünür ki, bu ləngitmə ilə vaxt qazanmaq mümkün olub: “Bu vəziyyəti bir qədər sakitləşdirdi və Ukraynaya ölkəni inkişaf etdirib indiki səviyyəsinə çatdırmaq imkanı verdi”.

Angela Merkel ötən ilin dekabrında vəzifəsindən getdikdən sonra ictimaiyyət qarşısında görünməmişdi.

Rusiyanın Ukraynaya hücumundan sonra isə iki yazılı bəyanatla kifayətlənmişdi.