vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
12:28 | 10 iyun 2022 | Cümə Məqaləyə 721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski

Bakı-Ankara müştərək gücü işə düşə bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İki NATO üzvü - Türkiyə ilə Yunanıstan - arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir.

Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər bunlardır: 

– Yunanıstan Egey dənizindəki adaları silahlandırır;

– Türkiyə bunun Lozanna və Paris müqavilələrinə ziddi hesab edir. Bununla da həmin adalara suverenlik iddiaları irəli sürür;

– Şərqi Aralıq dənizindəki enerji resursları uğrunda mübarizə;

– Yunanıstan Qərbi Trakiya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.

Qərb Türkiyədə prezident seçkisi öncəsi özünün süni şəkildə yaratdığı küləkləri əsdirmək istəyir, simpatiyasını Yunanıstana istiqamətləndirir, Ankara isə suveren hüquqlarının, ərazi bütövlüyünün qorunması üçün ordusunun gücünü artırır və qarışıq situasiyalarda diktələrini həmin ordunun gücü hesabına yeridir. 

Türkiyə ilə Yunanıstanın ordusunun müqayisəsini aparsaq, görürük ki, birinci demək olar ki, bütün komponentlər üzrə rəqibini əhəmiyyətli dərəcədə üstələyir.

Siyasi konfliktin hərbi münaqişəyə çevriləcəyi təqdirdə, Yunanıstanın Türkiyə qarşısında duruş gətirə bilməyəcək, Qərb isə ən yaxşı halda Yunanıstana silah tədarükü edə bilər. 

Ancaq bunu strateji beyinlərin düşünən yarımkürəsinə yerləşdirmək lazımdır ki, Türkiyə ərazilərinə hər hansı qəsd cəhdi elə də asan deyil, Türkiyə ordusunun döyüş gücü, şəxsi heyətin psixoloji vəziyyəti elə həddədir ki, Ankara öz rəqiblərinə Çanaqqaladan sonra ikinci dərs verər. 

Egey adalarının çoxu Türkiyə sahillərinə yaxındır və Yunanıstan həmin yerlərdə silahsız mövcudluğunu şərtləndirən müqavilələri pozaraq hərbi varlıq qurur. Hərçənd ki, həmin adalar Yunanıstana silahsızlaşdırılmaq şərti ilə verilib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimində çıxış edərkən Yunanıstana xəbərdarlıq edib, deyib ki, rəsmi Afina Egey dənizindəki adaları silahlandırmaqdan çəkinməlidir. 

Həmin adalardan üçüncü tərəflər də yararlanmaq niyyətindədir, bu isə Türkiyəyə yeni təzyiq metodudur, Ankara əldə etdiyi kəşfiyyat məlumatları ilə həmin basqıların nəyi hədəflədiyini gözəl bilir.

Bəli, Türkiyə hədəfdədir, amma Ərdoğan üçüncü tərəflərə də müraciətqarışıq xəbərdarlıq ünvanlayıb ki, onlar adaların “barıtını” çox etsələr, bu, fəlakətlə nəticələnəcək. 

Mövzunu bir az da inkişaf etdirsək, Yunanıstan amilini Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda da dəyərləndirmək ehtiyacı yaranır. 

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyənin ikisindən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq. 

Bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. 

Yəni, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, zəruri olarsa, Azərbaycan da Türkiyənin yardımına çatacaq.