vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
21:58 | 3 iyul 2022 | Bazar Məqaləyə 501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə Rusiya gəmisini saxladı

“Jibek Joly”də oğurlanmış Ukrayna taxılını daşındığı iddia olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə oğurlanmış Ukrayna taxılını daşıyan Rusiyaya məxsus yük gəmisini saxlayıb. “Reuters” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib. Diplomatın sözlərinə görə, Ukrayna tərəfi vəziyyəti aydınlaşdırmaq üçün Türkiyənin gömrük orqanları ilə əlaqədədir. “Reuters” yük gəmisinin adını və gəldiyi limanın adını açıqlamır.

Əvvəl yayılan məlumatlarda Rusiya bayrağı altında gəminin üzən gəminin Qazaxıstan şirkətinə məxsus “Jibek Joly” (İpək Yolu) gəmisi olduğu qeyd edilib. Satışda Estoniya və Türkiyə şirkətlərinin iştirak etdiyini iddia edilir.

Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən dünya bazarı üçün nəzərdə tutulan milyonlarla ton ərzaq Qara dəniz limanlarında yığılıb qalıb. Tərəflər tədarükün kəsilməsində bir-birini günahlandırlar.

BMT xəbərdarlıq edir ki, məhsullar çıxarılmasa, o zaman Afrika, Asiya və Yaxın Şərqin kasıb ölkələri ciddi aclıqla üzləşəcək.

İyunun 30-da ilk taxıl gəmisi Ukraynanın cənubunda rus qoşunları tərəfindən ələ keçirilən Berdyansk limanını tərk edib. Rusiya tərəfindən təyin edilmiş yerli hakimiyyət onun “dost ölkələrə” göndərildiyini bildirib.

Ukrayna hakimiyyətinin məlumatına görə, irimiqyaslı işğal başlayandan bəri Rusiya işğal etdiyi Ukrayna ərazilərindən ən azı 400 min ton taxıl çıxarıb. Rusiya isə taxılın qanunsuz ixracı ilə bağlı bütün ittihamları rədd edir.