vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
23:30 | 3 iyul 2022 | Bazar Məqaləyə 605 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya sərhəddə qadağaları götürür

Dünyada isə COVİD-19-a yoluxma artır

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 15-dən Rusiya COVİD-19-un yayılması ilə əlaqədar sərhəd keçidi ilə bağlı bu ölkədə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldıracaq. Qadağalar pandemiya səbəbindən 2020-ci ilin martından qüvvədədir.

Dəniz və hava keçid məntəqələri ilə girişə qoyulan məhdudiyyətlər hələ iyunun 14-dən götürülüb, indi ölkəyə quru nəqliyyatı ilə də daxil olmaq mümkündür. Eyni zamanda, Belarus vətəndaşları istisna olmaqla, əcnəbilərin daxil olması üçün PCR-testindən keçmək tələbləri qalır.

Hərçənd, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, son bir həftə ərzində COVİD-19-a yeni yoluxma halları 18 faiz artıb, dünyada dörd milyondan çox yoluxma qeydə alınıb. Yeni yoluxmaların ən böyük həftəlik artımı Yaxın Şərqdə qeydə alınıb – 47 faiz. Avropada koronavirus infeksiyası ilə xəstələnmə bir həftə ərzində 1/3 dəfə çoxalıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də DST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.