vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
23:16 | 15 avqust 2024 | Cümə axşamı Məqaləyə 279 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Covid-19”dan daha ölümcül

Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya ilk dəfə 4 il əvvəl Çinin Uhan şəhərində ortaya çıxan və qlobal pandemiyaya səbəb olan “Covid-19” virusu fəlakətinin yaralarını sağaltmağa çalışarkən, yeni bir epidemiya təhlükəsi ilə üz-üzədir. Mütəxəssislər virusun “Covid”19-dan daha ölümcül olduğunu bildiriblər. Bəs meymun çiçəyi virusu nədir, onun əlamətləri nədir, kimlər risk altındadır...

***

Dünya Səhiyyə Təşkilatı (DST) Afrikanı zəbt edən və indiyədək 524 nəfərin ölümünə səbəb olan “Meymun Çiçəyi Virusu” səbəbilə qlobal fövqəladə vəziyyət elan edib.

DST-nin Fövqəladə Hallar Komitəsi Konqo Demokratik Respublikasında 10 ildən artıqdır qeydə alınan meymun çiçəyi virusu ilə bağlı ilk dəfə iclas keçirib və baş direktor Tedros Adhanom Qebreyesusa beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti olduğunu bildirib. .

 

Dünya “COVİD-19”dən daha ölümcül epidemiya ilə üz-üzədir

 

DST-nin bütün dünyada təşviş yaradan açıqlamasından sonra milyardlarla insan 4 il əvvəl yenidən “Covid-19” virusunun travmalarını hiss etməyə başladı.

Həm heyvanları, həm də insanları yoluxdura bilən meymun çiçəyi virusu haqqında da ekspert rəyləri gəlməyə başlayıb. Mütəxəssislər yeni qlobal epidemiyanın astanasında olan dünyanın “Covid-19”dan daha ölümcül bir virusla üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

10 ildən çoxdur davam edə bilən meymun çiçəyi virusunun qaşınma, qabarma kimi əlamətlərinə görə suçiçəyi və ağcaqanad dişləməsi ilə qarışdırıldığını bildirib.

 

1980-dən əvvəl doğanlar və peyvənd edilənlər virusu daha davamlıdır

 

Meymun çiçəyi virusundan ölüm nisbəti 2022-ci ildəki ilk epidemiyada yüzdə 1-dən aşağı olsa da, hazırda bu rəqəm 5 faizə yüksəlib.

1980-ci ildən əvvəl doğulanların və çiçək xəstəliyinə qarşı peyvənd edilənlərin virusa qarşı daha davamlı olduğunu bildirilir.

Bəs, “Covid-19”dan daha sürətli yayılan və ölümcül olan meymun çiçəyi virusunun kişi homoseksuallar və onların ortaqları arasında çox yüksək göründüyü bildirilir.

***

Beləliklə, “Covid-19” pandemiyasından sonra dünyanı bir daha təşvişə salan meymun çiçəyi virusu nədir? Semptomlar hansılardır? Kimlər risk altındadır? Meymun çiçəyi virusunu müalicə etmək mümkündürmü? Meymun çiçəyi virusuna qarşı peyvənd varmı?

2022-ci ildə dünya gündəminə daxil olan meymun çiçəyi virusu ilk dəfə 1950-ci ildə görülüb. 74 ildir mövcud olduğu bilinən virusun insanlara meymunlardan və gəmiricilərdən keçdiyi bilinir.

“Orthopoxvirus” cinsinə aid olan virus, heyvan dərisinin zədələnməsi və ya bədən mayeləri ilə birbaşa təmas nəticəsində insanlara keçən “zoonoz” xəstəlik kimi müəyyən edilir.

Meymun çiçəyi virusu insanların yaxşı tanıdığı, lakin artıq görünməyən çiçək xəstəliyinə səbəb olan variola virusu ilə eyni ailəsinin bir hissəsidir.

 

Virusu necə keçir?

 

Dəri təması meymun çiçəyi virusunun ötürülmə riskinin ən yüksək olduğu hallardan biridir. Əsas çirklənmə riskləri aşağıdakı kimi sadalanır:

 

Uzun müddət yaxın təmasda tənəffüs damcılarının yayılması (asqırma);

Yataq, parça, ədyal və ya şəxsi əşyalarla toxunma;

Üz-üzə söhbət zamanı sıx nəfəs almağa məruz qalma;

Dəri ilə təmas (toxunma, cinsi əlaqə, öpüşmə);

Heyvanların tüpürcəyi, cızması, dişləməsi

Virusa yoluxmuş heyvanların ətini yemək

 

Virusun əlamətləri nədir?

 

Meymun çiçəyi virusu ilə bağlı ən maraqlı suallardan biri virusun ümumi simptomlarının nə olmasıdır.

DST-nin fövqəladə vəziyyət elan etməsindən sonra milyardlarla insanın ən mühüm problemlərindən birinə çevrilən meymun çiçəyi virusunun ən məşhur əlaməti bədəndə əmələ gələn qabarcıqlardır.

Virusunun ümumi simptomları:

 

Qızdırma

Üzdə, ağızda, əllərdə, ayaqlarda, döş qəfəsində, cinsiyyət bölgəsində sızanaq və ya blister kimi səpgilər.

Zəiflik, baş ağrısı və bel ağrısı

Öskürək, burun qapanması (tənəffüs problemləri)

Üşümə və titrəmə

 

Virusun qarşısını alma yolları

 

Meymun çiçəyi virusundan qorunmağın ən sadə yolu çiçək xəstəliyinə qarşı peyvənd almaqdır. Dəri ilə təmasdan və tanımadığınız insanların şəxsi əşyalarına toxunmaqdan çəkinin. Virus daşıya bilən heyvanlara yaxınlaşmayın. Əgər xəstə biri ilə təmasda olduğunuzdan şübhələnirsinizsə, əllərinizi tez-tez sabun və su ilə mümkün qədər tez dezinfeksiya edin. Şəxsi gigiyenanıza diqqət yetirin.